Yuxarı

UNESKO cəbhədəki vəziyyətlə əlaqədar məlumatlandırıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
UNESKO cəbhədəki vəziyyətlə əlaqədar məlumatlandırıldı

Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev UNESKO-nun Baş direktorunun Prioritet Afrika və Xarici Əlaqələr üzrə müavini Firmin Edouard Matoko ilə görüşüb.

Kult.az xəbər verir ki, görüşdə bu il sentyabrın 27-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması, Azərbaycanın mülki əhalisinin, yaşayış məntəqələrinin iriçaplı silahlardan atəşə tutulması və hərbi mövqelərimizə hücum barədə danışılıb. Erməni silahlı qüvvələrinin hücumu nəticəsində mülki şəxslər və hərbçilər həlak olub.

Dinc insanları müdafiə etmək, eyni zamanda, ölkəmizin ərazi bütövlüyü və suverenliyini qorumaq məqsədilə Azərbaycan Ordusu tərəfindən erməni hərbçilərinə qarşı əks-həmlə əməliyyatlarına başlanıldığı qeyd olunub.

Eyni zamanda, son zamanlar işğal olunmuş ərazilərimizə Suriya və Livandan erməni ailələrin yerləşdirilməsi, qondarma rejimin parlamentinin Azərbaycanın mədəniyyət incisi olan Şuşa şəhərinə köçürülməsi, eləcə də Ermənistan baş naziri və müdafiə nazirinin danışıqlar prosesinə zərbə vuran bəyanatları, Azərbaycanın mülki əhalisinin mütəmadi olaraq atəşə tutulduğu diqqətə çatdırılıb.

“UNESKO-nun əsas məqsədi mədəni irsin qorunmasıdır. Ermənistan işğal etdiyi ərazilərimizdə mədəni irsimizi dağıtmaqla azərbaycanlıların regionda izlərini silməyə çalışır. Tərtər rayonundakı xalça fabrikini Ermənistan silahlı birləşmələri məqsədli surətdə atəşə tutub və nəticədə fabrikə ciddi ziyan dəyib. Azərbaycan Xalça sənəti UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyindən, bu, birbaşa dünya irsinin dağıdılması deməkdir. Bu faktlar UNESKO-nu da narahat etməlidir”, - deyə A. Qocayev vurğulayıb.

Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qalması faktına beynəlxalq təşkilatların, o cümlədən yaxın tərəfdaş olan UNESKO-nun ədalətli, tarazlaşdırılmamış mövqe nümayiş etdirməsinin vacibliyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan beynəlxalq təşkilatlardan cəzasızlıqdan istifadə edən Ermənistanın mülki əhalimizə qarşı hərbi hücumlarını pisləyən qəti mövqe gözləyir.

UNESCO-nun Baş direktorunun Prioritet Afrika və Xarici Əlaqələr üzrə müavini Firmin Edouard Matoko məlumatı baş direktorun diqqətinə çatdıracağını bildirib.

Tarix
2020.09.29 / 23:01
Müəllif
Kult.az
Digər xəbərlər

BSQ cavablarının öncədən yayılması barədə rəsmi açıqlama

Canlı yayımda qeyri-etik ifadələr işlədən şəxs həbs olundu

Azərbaycan bu şəxsləri Moldova və Çinə təhvil verdi

Azərbaycan-İsrail ticarət dövriyyəsi 360 milyon dolları ötdü

Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü

Ceyhun Bayramov İsrailə səfərə dəvət edildi

Azərbaycanla İsrail memorandum imzaladı

Bayramovdan Qəzza ilə bağlı açıqlama

İsrail XİN rəhbərindən Bakıda İran açıqlaması

Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla