Axar.az
Yuxarı

İrəvanda və Xankəndidə nələr baş verir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ dünənə qədər Ermənistanda siyasi fəallıq artırdı: 13 partiya hökumətə Hərbi Şura yaratmaqla bağlı təklif verir, Ermənistanın eks-prezidentləri gündə 4 dəfə görüşərək vəziyyətdən çıxış yolu axtarır, Paşinyan ardarda açıqlamalar verərək, xalqı mübarizəyə səsləyir, Ter-Petrosyan dayanmadan gah o qapını, gah bu biri qapını döyür və hətta onu hakimiyyətdən uzaqlaşdıran, 22 ildir terrorçu saydığı partiya rəhbərləri ilə görüşlər keçirirdi...

Paralel olaraq Azərbaycanın işğal altında olan torpaqlarına səfərlər davam edirdi - Ermənistanın hərbi-siyasi rəhbərliyindən tutmuş siyasətçilərinə qədər.

Son 4 gündə nəyi müşahidə edirik?

Ermənistanda heç bir siyasi görüşlər artıq keçirilmir, siyasi fəallıq yoxdur, Sərkisyan və Köçəryan yenə “yoxa çıxıb”, Ter-Petrosyan da gözə dəymir.

Bir neçə gün öncə xalqa müraciət edərək, “Hazırda münaqişənin danışıqlar yolu ilə həlli yoxdur” deyən Paşinyan “humanitar atəşkəsə” ciddi əməl etməklə bağlı status yazıb, ABŞ Prezidentini o statusa təq etməklə məşğuldur...

Xankəndidə vəziyyətin necə olduğu haqda isə ümumiyyətlə bilgi yoxdur: ötən həftədən siyasilərin Azərbaycanın işğal altında saxlanılan ərazilərinə və şəhərlərinə gəlişini əks etdirən fotolar, videolar artıq yoxdur. Xankəndidən son video-süjet ən azı bir həftə əvvələ aiddir. Yeni reportajlar yoxdur və yaxud yeni reportajlarda 10-15 gün əvvələ aid kadrlardan istifadə edirlər.

Sonuncu dəfə Qarabağda Qriqoryanın olması barədə xəbər vardı. O isə 5 gün öncə birdən-birə, qəfildən pisləşəsi oldu və nədənsə həkimlər ona yalnız İrəvanda müalicə oluna biləcəyini dedilər. Beləliklə də Qriqoryan təcili surətdə İrəvana qayıtdı. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmadı, sadəcə, təzyiqinin ölçülməsi ilə bağlı fotosu yayıldı – xəstəliyinin “təsdiqi” kimi. Hazırda haradadır və niyə ortalıqda yoxdur?

Görünür, “xəstəxanada ağır vəziyyətdə” yatmağa və gözə görünməməyə çalışır.

Erməni mediasının xəbər intervalında da ciddi axsamalar var. Təbliğat iki meyarın üstündədir: dünya ölkələrinin liderlərinin münaqişənin hərbi həlli olmaması ilə bağlı açıqlamaları, bir də əsgərlərin “mübarizə aparması” haqda kadrlar.

O əsgərlərin necə mübarizə apardıqlarını verdikləri müsahibə zamanı üz cizgiləri və simaları necə də gözəl ifadə edir: nə qədər çarəsiz vəziyyətdə olduqlarını görmək istəyirsinizsə, o kadrlara baxa bilərsiniz.

Görünən nədir?

Ermənistan siyasiləri artıq bütün siyasi yolların tükəndiyini anlayırlar: heç bir qarşılıqlı görüş, heç bir təklif Azərbaycan ərazilərini işğalda saxlamaq imkanında deyil.

Xankəndi və Şuşada faktiki olaraq adam qalmayıb. Yoxsa hansısa formada reportajlar edərdilər.

Nə əcnəbi, nə də Ermənistandan olan jurnalistlər artıq münaqişə bölgəsinə gəlmək istəyirlər – gəlib danışdıracaqları adam olmadığı kimi, artıq Azərbaycan Ordusunun da sonacan getmək qətiyyətindən xəbərdardırlar. Gəlib nəyi və hansı üzlə çəksinlər?

Sonuncu dəfə bu ərazidən Rusiya yutuberi çıxmışdı. Həm də necə sürətlə çıxdısa, indi sorağı 5 min km o tərəfdən, Uzaq Şərqdən gəlir.

Artıq Ermənistan ictimaiyyətini aldatmaq çabaları da nəticə vermir – ona görə də əks-reaksiya və ermənilərin nifrətinə səbəb olan reportajlardan imtina edilib.

Mənzərə hazırda budur – hər kəs erməni mediasına və sosial şəbəkələrin erməni seqmentini izləməklə, bu nəticəni təsdiqləyə bilər.

Tarix
2020.10.26 / 23:41
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kəlbəcər müharibə yolu ilə alınsaydı...

Tağıyevin heykəli martda qoyulmalı idi, ancaq... - Açıqlama

Babək Niftəliyev artıq Kəlbəcərdədir

AMEA-dan işdən qovduğu direktorla bağlı – Şok bəyanat

Ən yaxşı snayper... Şəhid Cavid

Gürcülər Kamal Abdulla üçün yubiley konfransı təşkil etdi

Ermənilərdən daha bir saxtakarlıq - Fotofakt

Nə Naqasakidir, nə Çernobıl, Qarabağdır - Video

Qazi oğlu olan Şəhid Çilingir...

Məmur oğlu müharibəyə getməməlidir!

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla