Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı yeni uşaq tamaşasını təqdim etməyə
hazırlaşır.
Axar.az teatrın mətbuat xidmətinə istinadən xəbər verir ki,
görkəmli Danimarka yazarı Hans Kristian Andersenin "Çirkin ördək
balası" nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın
quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı
Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri
Nailə Məmmədzadədir.
Tamaşada əsas rolları Əməkdar Artistlər Almaz Mustafayeva, Şəfəq
Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar, Hüsniyyə
Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza
İbadova, Səbinə Məmmədova, Venera Abbasova, Anar Seyfullayev, Araz
Pirimov, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Eşqin Quliyev, Rasim
Cəfərov və başqaları ifa edəcəklər.
Qeyd edək ki, yeni səhnə əsəri may ayının 23-də saat 12.00 və
14.00-da, eləcə də ayın 24-də saat 12.00-da nümayiş
etdiriləcək.