Yuxarı

Deputat şuşalı xalq rəssamına bunu hədiyyə etdi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat şuşalı xalq rəssamına bunu hədiyyə etdi - Foto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva xalq rəssamı, Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimovla Mədəniyyət Komitəsində görüşüb.

Kult.az xəbər verir ki, millət vəkili xalq rəssamını 75 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.

“Hörmətli Ağaəli müəllim! Sizi 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyirik!

Siz 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edirsiz, əsərləriniz Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, Rusiya, Suriya və digər ölkələrdə nümayiş olunub.

Siz Azərbaycanda incəsənətin rəssamlıq sahəsində böyük yaradıcılıq uğurları qazandığınıza görə 2006-cı ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Xalq rəssamı” fəxri adına layiq görülmüsüz.

Sizi bir daha yubileyiniz münasibəti ilə təbrik edir, Komitəmizin üzvlərinin ən xoş diləklərini yetirirəm!” – millət vəkilinin təbrik məktubunda bildirilib.

Komitə sədri əslən Şuşadan olan yubilyara üzərində “Şuşa Azərbaycandır!” yazılmış qol saatı hədiyyə edib.

Xalq rəssamı çağdaş mədəniyyət və incəsənət aləminə dair mülahizələrini bölüşüb, səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

Tarix
2021.02.05 / 15:46
Müəllif
Kult.az
Digər xəbərlər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla