Yuxarı

Nazir fransız deputatlarla görüşdü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir fransız deputatlarla görüşdü

Fevralın 23-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Fransa Milli Assambleyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Kult.az xəbər verir ki, qonaqları salamlayan nazir Azərbaycanla Fransa arasında əlaqələrin zəngin tarixi olduğunu bildirib. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqların, ölkələrimiz arasında imzalanmış sənədlərin əməkdaşlığın dərinləşməsinə böyük töhfə verdiyini diqqətə çatdıran Anar Kərimov qeyd edib ki, Azərbaycan Fransa ilə mədəniyyət sahəsində də münasibətlərin inkişafına hər zaman yüksək əhəmiyyət verib.

Fransa Milli Assambleyasının üzvləri səmimi qəbula görə nazirə təşəkkürlərini ifadə edərək ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıblar. Qonaqlar ölkəmizlə əməkdaşlıq istiqamətləri sırasında mədəniyyət sahəsinə xüsusi önəm verdiklərini bildiriblər.

Görüş zamanı işğaldan azad olunan ərazilərdə tarixi və mədəniyyət obyektlərinin vəziyyəti barədə söz açan nazir qeyd edib ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı təcavüzkar siyasət həyata keçirib və həmin ərazilərdə mədəniyyətlə bağlı bütün infrastruktur, eləcə də qəbiristanlıqlar, məscidlər, xristian abidələri və digər məkanlar erməni işğalçı qüvvələri tərəfindən məqsədli şəkildə dağıdılıb. Eyni zamanda, təkcə ölkə daxilində deyil dünya miqyasında xristian irsinin qorunmasına töhfələr vermiş Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsi olaraq xristian dini mirasının və abidələrinin mənşəyindən asılı olmayaraq yüksək səviyyədə mühafizə edildiyini diqqətə çatdırıb.

Daha sonra iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə layihələrin reallaşdırılması, mədəniyyət tədbirlərinin təşkili və bu barədə məlumatların Fransa mediasında da geniş işıqlandırılması məsələləri barədə fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı əlaqələrin perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.

Tarix
2021.02.23 / 18:03
Müəllif
Kult.az
Digər xəbərlər

Hakan Fidan Azərbaycana gəlir

Serbiya prezidentindən İlham Əliyevlə bağlı xoş sözlər

Çevik iş saatı tətbiq edilir – Tıxac aradan qalxacaq?

Niyə “Ermənistan tarixi” tədris olunmurdu?

Prezident Məhəmməd Əbdülsalamı qəbul etdi

TDT ölkələri bu bayramların vaxtını birgə müəyyən edəcək

Bakıda dini liderlərin mühüm iclası başladı

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla