Yuxarı

İlham Əliyevin bu sözləri normal anlaşılmır, yoxsa…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 fevralda yerli və əcnəbi media qurumları üçün geniş mətbuat konfransı keçirən və çoxsaylı suallara cavab verməklə ictimaiyyətdə bir müddətdir davam edən narahatlıqlara son qoyan Prezident İlham Əliyevin bir fikri sosial şəbəkələrdə müzakirəyə təqdim edilib. Prezidentin azad edilmiş ərazilərə qayıdışla bağlı hansı sözləri niyə birmənalı qarşılanmayıb?

Əvvəlcə, Prezidentin sözügedən fikirləri ilə bir daha tanış olaq:

“İlk növbədə hansı kəndlərin bərpa olunacağını və bundan ötrü nə etmək lazım olduğunu müəyyən edirik. Həmçinin mənim tapşırığımla, artıq keçmiş köçkünlər arasında sorğuya başlanıb ki, biz kimin oraya getməyə hazırlaşdığını dəqiq bilək. Bilirsinizmi, mən də əminəm ki, Allahın izni ilə hamı getmək istəyir, amma ola bilsin, kimsə getmək istəməyəcək. Əgər o getməyəcəksə və ya oraya həftəsonu gedəcək, özü isə Bakıda və ya Sumqayıtda yaşayacaqsa, nə üçün xərc çəkməliyik. Məgər bu, vəziyyətdən çıxış yoludur? Xeyr. Biz o yerlərdə kim yaşayacaqsa, onları yerləşdirməliyik. Bax, buna görə biz sorğu keçirməliyik, özü də elə-belə, soruşmaq və unutmaq üçün yox. Xeyr. İmza etsin ki, mən filankəs filan rayonun filan kəndinə köçüb getməyə və orada yaşamağa hazırlaşıram. Buna uyğun olaraq, biz maliyyə məsələlərini və bütün digər məsələləri həll edəcəyik. Əks halda, mən öncəgörənlik etmək istəmirəm, lakin bilirəm ki, işğaldan azad edilən ərazilər Bakıda yaşayanlar üçün bağ sahəsi deyil. Biz, ümumiyyətlə, kimin orada yaşayacağına ciddi nəzarət edəcəyik və məhz oraya getmək istəyənlər üçün hər cür şərait yaradacağıq”.

Bəzi siyasilər bu sözdən çıxış edərək, Azərbaycan dövlətinin köçkünlərin geri qayıtması üçün stimullaşdırıcı tədbirlərdən imtina etdiyi, əksinə, “işğaldan azad edilən ərazilər Bakıda yaşayanlar üçün bağ sahəsi deyil” fikrindən çıxış edərək, orda ev tikmək istəyənlərə maneə yaradılacağı haqda məntiqə uyğun olmayan mülahizələr irəli sürürlər.

Əslində isə məsələ tamamilə fərqlidir:

Birincisi: Böyük Qayıdış irimiqyaslı dövlət proqramıdır və hər bir iş dövlət büdcəsi hesabına aparılır – infrastrukturun bərpasından tutmuş evlərin tikintisinə, iş yerlərinə, qayıdacaq şəxslərin məşğul olacağı təsərrüfata qədər. 30 illik işğal nəticəsində orda hər şey məhv edilib və dağıdılıb. Qarabağın tam bərpası üçün yüzmilyardlarla vəsait, eyni zamanda uzun zaman lazımdır. İlk növbədə hansı kəndlər, şəhərlər bərpa edilməlidir? Bu aydınlaşdırılmalıdır.

Necə ola bilər ki, külli miqdarda vəsait hesabına kənd və ya şəhər bərpa edilsin, evlər tikilsin, ancaq bu evlər Bakıda yaşayanların həftədə və yaxud ayda bir dəfə getdiyi ünvan olsun?

Ona görə də qayıdanların dəqiq sayı, onların yaşayış ünvanlarının konkret siyahısı olmalı və o istiqamətdə addımlar atılmalıdır.

Burda qaranlıq qalan və mübahisələndirilən hansı fikir var?

İkincisi, kim deyir ki, qayıdanlar üçün “stimullaşdırıcı” tədbirlər olmayacaq? İlk bərpadan sonra köçənlər üçün sosial dəstək proqramlarından tutmuş faizsiz kreditlərə qədər müzakirə predmetidir və hazırda bununla bağlı ciddi hesablamalar aparılır.

Üçüncüsü, Prezidentin “işğaldan azad edilən ərazilər Bakıda yaşayanlar üçün bağ sahəsi deyil” sözlərini kontekstdən çıxarmağa qəti ehtiyac yoxdur. Bu, dövlət büdcəsi hesabına bərpa edilən, tikilən evlərə aiddir. Yəni açıq mətnlə bildirilir ki, işğaldan azad edilən ərazilərdə dövlət büdcəsinə tikiləcək evlər orda daimi yaşayanlara aiddir, daha Bakıda yaşayan üçün dövlət büdcəsi hesabına Qarabağda bağ evi tikilən deyil. Bundan açıq-aydın mesaj ola bilərmi?

Ancaq bu, Qarabağda, öz dogma kəndində bağ evi tikmək istəyənlərə maneə yaradılacağı və imkan verilməyəcəyi anlamında qətiyyən anlaşılmamalıdır. Kim istəyirsə, öz dogma kəndidə bağ evi də, villa da tikmək hüququna malikdir və ona heç kim mane olmayacaq. Necə ki, Azərbaycanın istənilən guşəsində torpaq alıb, bağ evi tikmək üçün kimsəyə hansısa maneə yaradılmır.

Yəni sən daimi yaşamaq üçün köçmürsənsə, Bakıda iş-gücün varsa və qayıtmağı düşünmürsənsə, ancaq yurdunda ev tikmək, ən azı həftənin istirahət günlərini orada keçirmək istəyirsənsə, minatəmizləmə prosesi bitəndən və bərpa başlayandan sonra ərazinin baş planına uyğun olaraq dədə-baba torpağında öz vəsaitin hesabına bağ evi tikməyinə hansı məntiqlə maneə yaradıla bilər ki? Əksinə, yəqin ki, bu təşəbbüsdə olanlara əlavə dəstək göstəriləcək və bu artıq daha fərqli proqram olacaq.

Tarix
2021.03.03 / 17:37
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla