Axar.az
Yuxarı

Axar.Az Logo

Prezident yenə göstərdi, dedi: Nolsun, nəticəsi olacaqmı?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:10

İnsanın ardıcıllığı, illər öncədən qurduğu sistemlə hərəkət etməsi heyrət doğurur!

Bugünkü çıxışını dinləyirəm: bir daha barmaq tuşladı, bir daha İrəvana qayıdacağıq dedi, bir daha sonradan adı “Sevan”a dəyişdirilən Göyçədən danışdı, Zəngəzuru gündəmə gətirdi.

“Tankla qayıdacağıq demirəm ki! Ancaq deyirəm ki, qayıdacağıq” – Prezidentin sözüdür.

Son dərəcə möhtəşəmdir, qürurludur, millidir və stratejidir!

İlham Əliyev 15 il bundan əvvəl “hücum diplomatiyası” strategiyasını elan edəndə nə qədər uzaqgörən olduğunu bu gün hər addımda göstərir. Deyir, bitirin, “Dağlıq Qarabağ” sözünü yazmayın; deyir, “Dağlıq Qarabağ” ətrafında baş verən informasiya gündəmini darmadağın edin; deyir, “hücum siyasəti” aparın... Və barmaq tuşlayır: bax, İrəvan, bax, Göyçə, bax, Zəngəzur!..

Amma nolsun! İndi biri çıxacaq və deyəcək ki, İlham Əliyev tarixçilərə dərs keçdi; “Dağlıq Qarabağın Azərbaycanlı İcması” adından yenə əl çəkməyəcək; təbliğat, təşviqat “dağlıq qarabağ” adlı ordumuzun tarixə gömdüyü meyitdən o tərəfə keçməyəcək!

Prezident daha nə qədər açıq mətnlə deməlidir ki, ideoloji, siyasi, informasiya savaşını Azərbaycandan, Azərbaycan ərazilərindən Ermənistana daşıyın!

Prezident daha hansı formada deməlidir ki, “hücum diplomatiyası”na keçin!

Prezident daha hansı formada izah etməlidir ki, böyük təbliğat platformaları yaradın və bunları edin!

Budur, edirik: ədəbi-bədii müsahibələr, lirik-sentimental nağıllar. Guya böyük yazıçı Filankəs Bəsmənkəsovun 1 saatlıq müsahibəsinə özbək oturub baxasıdır! Buna heç ölkəmizdə baxan yoxdur, onu türkdilli ölkələrdə, özü də azərbaycancanı yaxşı bilməyənlər, necə izləyəcək?

Yenə informasiya resurslarımızı açacağıq, hamı yazacaq: “dağlıq qarabağ”, “dağlıq qarabağın”, “dağlıq qarabağda” və s. ismin bütün hallarında hallanmalar.

Bu ifadə 30 ildən çoxdur beynəlxalq müzakirədə olub, problemin adını ifadə edir. Əlbəttə, onu sıradan çıxarmaq asan məsələ deyil. Ancaq onu sıradan çıxarmaq üçün əvvəlcə biz bunu istəməliyik! İstəyirikmi, edirikmi?

Bir müddət öncə İlham Əliyev İrəvan adı çəkəndə Ermənistanın bir aylıq gündəminə çevrildi. Elə Zəngəzur da eləcə. İndi də Göyçədən danışır – sərhədlərin müəyyənləşməsi zamanı əsgərlərimizin sahilinə qədər gedib çıxdığı Göyçə gölündən!

Göyçədən nə qədər nəhənglər çıxıb? Elə Aşıq Ələsgərin 200 illik yubileyidir bu il. Bundan istifadə edib, Göyçəni, Ağkilsəni gündəmə gətiririkmi? Mədəniyyət Nazirliyi onunla bağlı sənədli, lap elə “sənədsiz” filmlər, süjetlər, çarxlar sifariş edibmi?

Hanı Göyçənin, İrəvanın nəhəng kişiləri? Niyə onları arayıb-axtarmırıq?

Niyə İrəvanı küçə-küçə, ev-ev, məhəllə-məhəllə süjetlərə çevirib, şahidlərin bələdçiliyi ilə müxtəlif dillərdə yaymırıq?

Prezident deyir ki, Ermənistana torpaq iddiası etmirik, ancaq tariximizi də unuda bilmərik, gənc nəsil bilməlidir ki, o torpaqlar bizim tarixi yurdumuzdur!

Gənc nəsildən birinə Prezidentin bu sözünü çatdırıram, 3 dəfə soruşur ki, Sevanın əsl adı nədir?

Məktəblərdən soruşun, gənclərdən öyrənin, sorğular edin: adı dəyişdirilən yurd yerlərimizi tanıyırlarmı? Bilirlərmi?

Prezidentin çıxışına baxın: “Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar”.

Prezident deyir ki, əsli İrəvandandır, hədəfimiz ora olmalıdır! Həm də bunu yalnız indi demir axı!

Və bu gün söylədiyi bir ifadəsini yəqin ki, heç vaxt unutmayacam: “Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm, biz qayıdacağıq. Bu o deməkdir ki, NİYƏ DƏ YOX! (!!! – red.) Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq?! Zaman gələcək, biz bunu edəcəyik”.

“Niyə də yox!” sözündən “Cəsur ürəyi” xatırladınızmı?

Adam yalnız qlobal düşüncə, müasir dövrdə qalib gəlməyin düsturunu təqdim edən deyil, həm də “Cəsur ürək”dir – milliliyi, millətə sevgisi, yurda bağlılığı ilə.

Nümunəni tarixdə niyə axtarırsınız ki! Baxın, diqqətlə baxın – Nümunə o özüdür!

Tarix
2021.04.13 / 21:53
Müəllif
Aynur Camalqızı
Şərhlər
Digər xəbərlər

Şuşada möhtəşəm törən: Ermənilər görün nələr yazır...

Bəzi kanallar batır: savadsızlıq, süni davranış... - Millət vəkili

Saxta akademiklər, plagiatlıq və rüsvayçı tələblər

Ağadadaş Ağayev yenə əməliyyat olunacaq

Tanınmış azərbaycanlı rəssam koronadan vəfat etdi

Zəngəzurun məhv edilən 18 məscidi - Fotofakt

Heydər Əliyevlə bağlı sənədli film - Video

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Atam Heydər Əliyevə sevgisinə görə ona İlham adını verdi

İlk dəfə: "Xarıbülbül" incəsənət festivalı təşkil edildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla