Yuxarı

Zaur Əliyev Hacıyevə müraciət etdi: Mən bacararam!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaur Əliyev Hacıyevə müraciət etdi: Mən bacararam!

Tanınmış tarixçi alim, dosent Zaur Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə açıq müraciət ünvanlayıb.

Kult.az xəbər verir ki, tarixçi alim İkinci Dünya müharibəsindən qalib ayrılan Böyük Britaniyanın Almaniyaya alimləri göndərib onlardan qalan arxivləri və kitabları Londona gətizdirdiyini xatırladıb. Bildirib ki, bu sənədlər ingilislərə faşizm barədə tutarlı faktlarla tədqiqat aparmağa imkan verib:

“Çünki bu sənədlər çox böyük əhəmiyyət daşımaqla düşməni öz silahları ilə, fakt və sübutlarla vurmağa kömək elədi. Bu işə Britaniyanın Baş naziri Uinston Çörçill özü nəzarət edirdi”.

Z.Əliyev hazırda işğaldan azad edilən Qarabağda, ermənilərin kilsə və idarələrində, məxfi qurumlarında və arxivlərində düşmənin iç üzünü və məkrli planlarını üzə çıxarmağa kömək edəcək sənədlər, əlyazmalar, kitablar, xəritələr və fotolar olduğunu güman edir:

“Bizim əsgərlər bu sənədlərin necə əhəmiyyətli olmasını bilmədən onları mənasız sayaraq məhv edə bilər. Bu isə gələcəkdə ermənilərə qarşı informasiya və elmi müstəvidəki savaşlarda bizə böyük kömək edəcək “silahlar”ın məhv olması deməkdir.

Erməni bolşevik Mikoyan 1918-ci ildə Bakıda mart soyqırımı zamanı burdan 6 çamadan nadir əlyazma və sənədlər aparıb. Nadir kitabları ermənilər oxuyub, bizim tariximizi saxtalaşdırmağa başlayıblar. Hazırda dünya auksionlarında bizim tarixə aid nadir sənədləri ermənilər baha qiymətə satışa qoyublar.

Biz niyə ermənilərdən qalan bu sənədləri və kitabları oxumayaq? Onlara qarşı bunu istifadə etməyək? Dünyaya ermənilərin terrorçu və soyqırım törədən bir millət olduğunu göstərməyək?

Bu sənədlərin içərisində ermənilərin bizdən vaxtilə oğurladığı tariximizə aid əlyazmalar, nadir kitablar da, nadir fotolar da ola bilər”.

Zaur Əliyev Prezident köməkçisindən o kilsə və idarələrə baxmaq üçün işğaldan azad edilən ərazilərə getməyinə şərait yaradılmasını xahiş edib:

“İzn verin mən gedim, o sənədləri və əlyazmaları, kitabları və fotoları əldə edib tədqiq edim.

İnanı,n bunu erməniləri və onların planlarını, tarixini və psixologiyasını mənim kimi bilən alimdən başqası edə bilməyəcək!

Xahiş edirəm, kömək edin, gedib o sənədləri Bakıya gətirib araşdırma edək!”

Tarix
2021.04.16 / 10:28
Müəllif
Kult.az
Digər xəbərlər

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla