Türk yazar Ayça Öztorun Adanada dünyaya gəlib. Doğum
tarixini soruşsam da, "hiss etdiyim yaşdayam – 70-də" dedi. İki
övladı var: bir qız, bir oğlan. Atası İsmayıl Haqqı Öztorun CHP
millət vəkili olub. Söhbət əsnasında Ayça xanım həm şəxsi həyatı,
həm də Kənan Evrən haqda çox maraqlı faktlardan söz
açdı.
- Əsərləriniz nədən bəhs edir? Ümumiyyətlə, kitab sizin
üçün nədir?
- Kitab mənim üçün həyatdır. Hər səhifələrində həyat gizlədən
nəhəng bir dünyadır. Amma bizim bilmədiyimiz bir dünya. Dörd
kitabım var. Kitabımın biri 12 sentyabr dövlət çevrilişindən bəhs
edir. İkinci kitabım bir Çukurova hekayəsi idi. Bu romanda kənd
əhalisi uşaqlarını ağalarına muzdla verir. Roman xalqla ağalar
arasındakı düşmənçilikdən bəhs edən bir əsərdir. Siz seriallırımız
izləyirsiniz. Orda əksər filmlərdə dənizkənarı villalardakı
həyatdan bəhs edir. Amma həyat o cür deyil, həyat nağıl deyil. Bu
romana görə mənə "Ən yaxşı roman" mükafatı veriləcək.
- Dünya və türk ədəbiyyatından ən çox kimləri daha çox
bəyənirsiniz?
- Türk ədəbiyyatından Yaşar Kamal, Orxan Kamal, dünya
ədəbiyyatından isə Çingiz Aytmatov... Mən həmişə öz
romançılarımızdan danışıram. Rus ədəbiyyatı danılmazdır, ancaq məni
çox cəlb etmir. Çünki mən bu torpaqlarda böyümüşəm, bu torpaqların
ağrısını daha yaxşı duya bilirəm. Məsələn, Orxan Kamal məni daha
çox təsirləndirir.
- Tolstoy, Dostoyevski necə?
- Şübhəsiz ki, onlar böyük yazıçı olublar. Ədəbiyyata başlamaq
üçün əvvəlcə klassiklərimizi oxumaq lazımdır. Bəlkə də, mənim
yazıçı olmağımın səbəbkarı dünya klassikləridir.
- Azərbaycan ədəbiyyatı haqda
məlumatınız...
- Təəssüf ki, bu haqda elə də məlumatlı deyiləm. Əgər Türkiyənin
60-70 faizi Azərbaycan ədəbiyyatı haqda nəsə bildiyini iddia
edirsə, demək, yalan danışır. Çox üzücü bir durumdur. Biz eyni
millətik. Ölkələrimiz fərqlidir, amma eyni qandanıq. Azərbaycan
dili mənim çox xoşuma gəlir. Amma təəssüf ki, müasir Azərbaycan
ədəbiyyatı haqda çox az bilirəm. Bəlkə də, bunun səbəbi bir az
təbliğat məsələsidir. Mən özüm də Azərbaycana gəlmək istəyirəm.
Orada senarilərim əsasında film çəkmək planlarım var.
- Dünya ədəbiyyatında başqa hansı əsərlərin adlarını
çəkə bilirsiniz?
- Türk ədəbiyyatından Demir Ökçə mənim fikirlərimin
formalaşmasında böyük rol oynadı. Tək-tək ad çəkmək də olar, amma
xüsusən Dostoyevskinin "Cinayət və Cəza"sını çox bəyənirəm. Mən
hələ də özümü yazıçı kimi görmürəm. Çünki yazıçı olmaq üçün insan
öz üzərindən çox işləməlidir. Bu statusu mənə cəmiyyət verməlidir,
özüm yox.
- Senariləriniz nə haqdadır?
- Üç ssenarim var. Son yazdığım ssenari qadına şiddətdən bəhs
edir. Qadın ölümlərinin səbəbləri haqda araşdırmadır. Amma kino
cameəsinin işi bir az dolaşıqdır. Onlar mənim ssenarimi senzuraya
məruz qoydular. Buna görə də ssenarimi onlardan aldım.
- Ən çox sevdiyiniz türk teatrları, hansı filmləri
sevirsiniz?
- Texnologiya inkişaf edib deyə, kinoteatrlara getmirəm. Həftədə
2-3 dəfə evdə film izləyirəm. Təəssüf ki, teatrlara da son vaxtlar
gedə bilmirəm. Aktyarlardan isə Kamal Sunal, Tarık Akan, Şener
Şen...
- Bir yazıçı kimi hansı ölkələrdəsə kitab təqdimatı
etdinizmi?
- Heç bir ölkəyə getməmişəm... İstəyərəm ki, romanımın biri
azərbaycancaya tərcümə olunsun. Amma bunun üçün gərək təklif
gəlsin. Mən bundan böyük məmnunluq duyaram. Eləcə də, ingiliscə də
çevrilsin.. Hətta kürdcə də tərcümə olunmağını istəyərəm. Nəticədə
kitab daha geniş sərhədlərə qədər gedib çata bilər.
- Siz Türkiyədə mütaliədən razısınızmı?
- Yazıçı illərlə əziyyət çəkib əsər yazır, amma təəssüf ki,
oxumurlar. Demək olar ki, ölkənin 80 faizi kitab oxumur. Bütün günü
kanallarda mənasız verilişlər, seriallar yayımlanır. Ancaq gəncləri
maarifləndirəcək bir sənədli film belə yayımlanmır.
- Sizcə, bunun səbəbi nədir?
- Bu, toplumu axmaqlaşdırmaq üçün bu sistem qurulub. Savadlı
gənc onlara lazım deyil. Məsələn, bir misal çəkim. Gəzi olayları
göstərdi ki, 90-cı illər nəsli nəsə edə bilər. Bu gənclərin
arasından böyük insanlar çıxa bilər.
- Türk ədəbiyyatında ən çox hansı yazarları
izləyirsiniz?
- Orxan Kamalın bütün əsərlərini oxudum. O, həyatın
gərçəklərindən yazırdı. Onun həyatı ilə yazdıqları üst-üstə düşür.
Yaşar Kamal "İncə Məmməd" romanı ilə mənim baxışlarımı dəyişdi. "Üç
anadolu əfasanəsi" haqda danışanda, az qala, özümü itirirəm. Nazim
Hikmət haqda danışmağa belə dəyməz... O, çox nəhəngdir. Nazim,
Orxan Vəli, Camal Sürəya bizim həqiqətimizdir. - Şəmsi Təbrizi,
Füzuli, Nəsimi mənim həyatıma, ədəbiyyatıma böyük təsir göstərib.
Mövlanə...
- Sevgi sizin üçün nədir?
- Sevgi mənim üçün bir anlıq bir həyəcandır. Ancaq bir insanı
tanıdıqdan sonra sevirsənsə, demək, bu, əsl sevgidir. Sevgi mövzulu
şeirlər də yazdım.
- Hansı siyasi partiyaya üzvsünüz?
- Bunu deyə bilmərəm. Çünki mən yazıçıyam. Amma siyasi
baxışlarım sol yönümlüdür. Mənim atam həm siyasətçi, həm də
ədəbiyyatçı idi.
- Qarabağ haqda nə deyə bilərsiniz?
- Müharibə çox üzücü bir şeydir. İnsanların bir-birini öldürməsi
dəhşətlidir. Dünya yarananda sərhədlər yox idi, bütün vəhşiliklərin
tək səbəbkarı insandır. İnsanların bir-birinə etdiyi zülmü heç bir
heyvan etməyib. Mən Barış dərnəyinin üzvü olan İsmayıl Haqqı
Öztorunun qızı olaraq bütün savaşlara qarşıyam. O torpaqlar
Azərbaycanın haqqıdır və Azərbaycana da verilməlidir.
- İndiyə qədər kimi bağışlaya bilməmisiniz?
- Kənan Evrəni heç vaxt bağışlamayacağam. .Zindanlarda zülm
gördülər, ancaq onlar barışı sağlayırdılıar, savaşa qarşı olduqları
üçün Kənan Evrən tərəfindən zindanlara atlıdılar. Kənan Evrən
psixoloji problemləri var idi. Hitler kimi psixoloji problemləri
var. Mənim atam bir çox jurnalistlərlə bərabər barış dərnəyi
davasından yarqılandı. Kənan Evrən mənim atamı öldürüb. Onu
bağışlaya bilmərəm.
- Bir neçə gün əvvəl Türkiyədə seçkilər
oldu...
- Türkiyə də demokratiya qazandı. Diktaturaya doğru gedən bir
sistem var idi, ancaq şükür ki, hər şey yaxşı sonluqla bitdi.
- Kitab satışından, yazarlıqdan maddi gəlir əldə
edirsinizmi?
- Yazıçı pul qazanmaq üçün yazmamalıdır. Əgər yazırsa, demək, o
yazıçı deyil. Mənim başqa işim var. Bütün evi, maşını
dizaynerlikdən qazandığım pulla almışam. Yazdığım köşələrin də
qonorarını Barış dərnəklərinə bağışlayıram.
SEVMEK İYİDİR İYİ
Sol yanımda umut var…
Özlemler bitecekmiş,
Değnek hazır bekliyor!
Koşarak gelecekmiş.
Sakin olursa gelirim,
Diye haber uçurdun,
Mecbursun sen gelmeye!
Aklını mı kaçırdın?
Hadi bakalım gelmesin!
Gelmesin de göreyim!
Uzaktan gözlerimle,
Tehtit bakışı çekeyim.
Geleceksin gelmeye;
Havanı atma bari!
Edebinle gel artık!
Tüketme yüreğimi!..
"Jumanju" yapma bana!
Bu oyun da tükendi,
Tıpış tıpış gel bana!
Bak ellerim terledi.
Sağ gösterip sol vurmak,
Sayende hobim oldu.
Telaşını görüyorum,
İnan gözlerim doldu.
Ellerim kaşınıyor;
Gel seni bir seveyim!
Yollarına gül değil,
Dikenleri sereyim