Axar.az
Yuxarı

Axar.Az Logo

“Qarabağ şikəstəsi”nin onlayn təqdimatı keçirildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq şairi, türk dünyasının görkəmli ədibi Zəlimxan Yaqubun Qarabağ mövzulu şeirləri və 11 poeamasının toplandığı “Qarabağ şikəstəsi” kitabının onlayn təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə baş tutub.

Konfransın təşkilinə Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, Dünya Gənc Türk Yazarlar Birliyi, ADPU Quba filialı dəstək verib.

Təqdimatın aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı Qarabağdakı tarixi zəfərimizdən sonra xalq şairi Zəlimxan Yaqubun Qarabağ mövzulu çoxsaylı şeir və poemalarının toplandığı “Qarabağ şikəstəsi” kitabının nəşrini şəhidlərin, ustadın özünün ruhuna dərin ehtiram kimi qiymətləndirib, özəlliklə gənc nəslin bu kitabı sevə-sevə oxuyacağına, yaxın keçmişimizdə yaşananların, həqiqətlərimizin parlaq poetik ifadəsi ilə tanış olacağına inamını, ürək sözlərini bölüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ustad şairin Azərbaycan poeziyasında, ümumən mədəniyyətimizdəki yeri və mövqeyi haqqında ətraflı çıxış edib:

“Sizləri bu mübarək təqdimatda salamlayır, bütün iştirakçılara, təqdimatın təşkilində əməyi olan hər kəsə bəri başdan təşəkkür edirəm. Əlbəttə, böyük təşəkkür Musa müəllimə düşür. – “Ozan dünyası”nın baş redaktoru, ustadın yaxın dostu Musa Nəbioğlu Zəlimxan Yaqubun sağlığında və şair haqqa qovuşduqdan sonra onun irsinin toplanması, sistemləşdirilərək təbliğ olunması sahəsində ciddi işlər görüb”.

Sözünə davam edən Komitə sədri xalq şairi ilə yaxın dostluğundan, fikir mübadilələrindən söz açıb, xatirələrini bölüşüb: “Biz Zəlimxan Yaqubun Qarabağa, Azərbaycana, türk dünyasına baxışını, böyük gələcəyə necə bir inam bəslədiyini yaxşı bilirik.

Biz bu gün həm Azərbaycanın, həm də bütövlükdə türk dünyasının böyük şairi Zəlimxan Yaqubun Vətən mövzusunda, Qarabağ mövzusunda yazdığı şeirlərindən ibarət kitabın təqdimatına toplaşmışıq. Bu cür kitabların təqdim olunması, təbliğ edilməsi çox vacibdir. Zəlimxan Yaqub türk dünyasının hər yerində tanınan və sevilən şair idi. Onun ürəyi türk dünyası ilə döyünürdü. Zəlimxan Yaqubla bağlı danışmaq mənim üçün həm asan, həm də çətindir. Çünki hələ orta məktəbdə oxuduğum illərdən Zəlimxan Yaqubun iştirak etdiyi ədəbi məclislərdə onu dinləmişəm. Jurnalist kimi fəaliyyət göstərdiyim illərdə isə onun yaradıcılığı ilə daha yaxından tanış olmuşam. Onunla bağlı bir kitaba sığmayacaq qədər çoxlu şirin xatirələrim var.

Qarabağ ağrı-acısı Zəlimxan Yaqubun yaradıcılığında çox mühüm yer tuturdu. Eyni zamanda o inanırdı ki, xalqımız bu məğlubiyyətlə heç vaxt barışmayacaq, torpaqlarımız işğaldan azad olunacaq. Bu mənada, həmişə nikbin idi və bu nikbinlik yaradıcılığında da öz əksini tapırdı. Artıq onun arzuları gerçəkləşib – ötən ilin payızında ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz zəfər qazandı”.

Tədbirdə daha sonra Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli, Beynəlxalq Türk Akademiyası Prezidentinin müşaviri Füzuli Məcidli, millət vəkili, AMEA-nın həqiqi üzvü, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, kitabı nəşrə hazırlayan və redaktoru, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, ADPU Quba filialının direktoru Yusif Alı Afşar, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova, rəssam, “Qarabağ şikəstəsi”nin cildinin müəllifi Azər Ziyadxan çıxış edib.

Aşıq Altay Məmmədli ustadın “Qarabağ şikəstəsi” şeirini “Qarabağı”, Aşıq Elməddin Məmmədli isə “Qələbə” şeirini “Misri” aşıq havası üstə ifa edib. Aşıqların ifası onlayn tədbirə xüsusi rəng qatıb.

Tədbirdə ustad şairin öz ifasında məşhur “İlk andımız, son andımız Turandı” şeiri səsləndirilib.

Zəlimxan Yaqub ailəsinin üzvü Bəhlul Yaqubov onlayn tədbirin təşkilində əməyi olan bütün qurum və quruluşlara, çıxışçılara ailə adından təşəkkür edib.

Tarix
2021.06.24 / 14:42
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Paşazadəyə hücumlar: Şeyx niyə qorunmalıdır?

Müğənninin bıçaqlanma videosu, DİN-in müdaxiləsi...

Şeyxin İran açıqlaması, İrəvanda həyəcan təbili... - Video

Fransız nəşri Əli İldırımoğludan yazdı

Tanınmış prodüserə ağır itki

Uşaqlar, məni güllələyin!..

Səməd Səmədov dəfn olundu, jurnalistlər buraxılmadı - Video

Səməd Səmədovun ölümü: Elə qəfil baş verdi ki...

Bu gün ölən Səmədin ömür yolu: niyə 42 yaşında müğənni oldu?

Azərbaycanlı gənc müğənni qəfil vəfat etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla