Yuxarı

Türkiyədə soruşdular ki, Azərbaycan niyə belə etdi?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda, "İlin adamı" mükafatlarının təqdimetmə mərasimində Rumuniyadan olan türk əsilli iş adamı, Rumıniya-Türkiyə Ticarət və Sənaye odalar başkanı dr. Tamer Atalay mənə yaxınlaşıb, "Sabir bəy, biz üzüntü içindəyik, ağılasığmaz bir işdir. Niyə belə oldu?" dedi. Düzü, öncə onun nə haqda danışdığını anlamadım... Suallarının arası kəsilmirdi: "Azərbaycan nədən böylə bir iş gördü? Bu adamın Balkanlarda yapdıqlarının dəyərini niyə bilmədiniz?"

"Söhbət kimdən gedir?" - soruşanda "Sizin böyükelçinizi, Eldar bəyi deyirəm. Rumıniyada, Balkanlarda ad çıxarmışdı. Azərbaycan üçün onun yapdığı işləri başqa kimsə görə bilməzdi. Çox başarılı və ağıllı adamdır".

Tamer bəy doğrudan da ağlamsınaraq danışırdı: "Bizim ona sayğımız böyükdür. Azərbaycanın Cümhurbaşqanı, sayın İlham Əliyevə müraciət etmək istəyirik! Biz İlham Əliyevi çox sevirik. Bəlkə, ona yanlış bilgi veriblər. Belə bir adamı həbsdə saxlamaq günahdır".

Hörmətli Tamer Atalayın səmimiyyətini, sevgisini duymamaq mümkün deyildi…

Ümid verməkdən başqa yolum yox idi: "İnşallah hər şey yaxşı olar. Biz, Azərbaycanın bir sıra aydını və millət vəkili də hörmətli Prezidentimizə müraciət ünvanlayıb, Eldar Həsənovun xidmətlərinin nəzərə alınmasını və onun haqqında olan həbs qətimkan tədbirinin dəyişdirilməsini rica etmişik... Narahat olmayın, məsələyə ədalətlə baxılacağına inanırıq".

Rumınıyalı dostumuzun Eldar Həsənovun gördüyü işlər barədə danışıqları və onun taleyi üçün bir qardaş kimi narahat olması məni xeyli düşündürdü. İşin əsilini, Eldarın günahının nədən ibarət olduğunu bilmirəm. Ancaq bir şeyi bilirəm ki, ədalət tərəzisinə qoyulsa onun xidmətləri hər hansı qüsurundan qat-qat ağır olar.

Adamlarımızı asanlıqla xərcləməyək!..

Tarix
2021.06.30 / 09:30
Müəllif
Sabir Rüstəmxanlı
Oxunub
48 684
Şərhlər
Digər xəbərlər

Lənətə gəlsin o demokratiya ki...

Məni “qandırma” cəhdi? Adamın üzünə tüpürərlər…

Üzündə qeyri-adi işıq, əlində iri çanta...

Bu ağrı ilə İstanbul xəstəxanasına gəldim

Mentalitetdən uzaq, tərbiyəsizliklə dolu...

Harınlığın, qudurğanlığın göz deşdiyi məkan…

İran gölməçəsində quruldayanlara Bozqurd cavabı

Ordumuzdakı “5-ci kolon”: başda yüksək çinli şəxs dayanır

Türklüyün beşiyi buradır! Turan burdan başladı

Amilinin şiri və dünyanın fikri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla