Yuxarı

Novruz Qartal əməliyyat olundu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Novruz Qartal əməliyyat olundu

Akademik Musiqili Teatr aktyor Novruz Əliyevlə (Qartal) bağlı açıqlama yayıb.

Kult.az xəbər verir ki, teatrın mətbuat xidmətinin yaydığı açıqlamada deyilir:

"Bildiririk ki, Novruz Əliyev (Qartal) noyabrın 23-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Təbii ki, pandemiya ilə əlaqədar olaraq xəstə ziyarətinə qızından başqa heç kəs, hətta digər ailə üzvləri belə buraxılmayıb. Dünən isə xəstəxanadan çıxarılıb, qızı İlahə xanımın evindədir və ev şəraitində müalicəsi davam edir.

Qeyd edək ki, N.Əliyev 1968-ci ildən Musiqili Teatrda işləməyə başlayıb. Bir müddət xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyi “Tənqid-təbliğ” Teatrında (1989-cu ildən) çalışsa da, 1996-cı ildən yenidən Musiqili Teatra qayıdıb və bu günə qədər də burada fəaliyyətini davam etdirir.

İstər teatrlar pandemiya səbəbindən qapalı olduğu zamanlarda, istərsə də ondan əvvəlki və sonrakı dönəmlərdə Novruz Əliyevin səhhətində yaranan problemlərə görə teatr rəhbərliyi hər zaman onun yanında olub, iş yoldaşları aktyorun ailəsinə, evinə baş çəkiblər, ona maddi və mənəvi köməklik göstərilib. Teatrın kollektivi hər vaxt qocaman aktyorun yanındadır. Teatrın direktor müavini, Teatr Həmkarlar Təşkilatının sədri və truppa müdiri aktyora elə bu gün də qızının evində baş çəkiblər".

Tarix
2021.12.01 / 21:20
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla