Yuxarı

Xalq artisti reanimasiyaya yerləşdirildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti reanimasiyaya yerləşdirildi

Azərbaycanın xalq artisti Muxtar Maniyevin səhhəti pisləşib.

M.Maniyevin həyat yoldaşı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, avqustun 6-da xalq artistinin səhhəti kəskin pisləşib və onu Elmi-Cərrahiyə Mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriblər:

"Muxtar hazırda reanimasiyada həkim nəzarəti altında müalicə alır. Çoxdan idi səhhətindən ciddi şikayəti olmurdu, özünü yaxşı hiss edirdi. Dünən vəziyyəti birdən-birə kəskin pisləşdi. Qorxduq ki, onu itirək, şükür Allaha, vəziyyətdən birtəhər çıxara bildilər".

N.Maniyeva əlavə edib ki, aktyorun səhhəti ilə bağlı əlaqədar yerlərə məlumat verilib, müalicənin nəticəsindən asılı olaraq, həkimlər məsləhət bilsələr, M.Maniyevi sabah palataya köçürəcəklər: "Xəstəxanada bizə hər cür diqqət göstərirlər. Həkimlər Muxtarın sənətini yüksək qiymətləndirirlər, ona görə qulluğunda yaxşı dayanırlar. "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov xəstəxananın baş həkimi ilə danışıb, baş həkim də arxayın edib ki, əllərindən gələn köməkliyi edəcəklər".

Qeyd edək ki, M.Maniyev ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkir.

Tarix
2015.08.07 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla