Yuxarı

Əli Əliyevlə Tolikin fərqi...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev 13 yanvarda Yasamal Rayon Məhkəməsinin qərarı ilə 5 ay müddətinə azadlıqdan məhrum edildi. Səbəb “Qaraheybət” poliqonunda qəzaya uğrayan helikopterlə bağlı səsləndirdiyi iddialardır.

O iddiaları diqqətlə, bir neçə dəfə dinlədim və doğrusu, Əli Əliyevin qəzadan sağ çıxan zabitlərimizi ciddi şəkildə narahat edəcək ifadələr işlətdiyini düşünmürəm. Əlbəttə, Əli Əliyev şübhə və ehtimallarını “hərbi müşavirim”, “hərbi mənbələrdən aldığım məlumat” və s. ilə “əsaslandırmağa” cəhd etməməliydi. Bu, bir siyasətçinin komandası olduğu və əlaqələri haqda görüntü yaratmaq məqsədi daşıyırsa, normal piar deyil, yox, versiyasını əsaslandırmaq üçün növbəti illüziyadırsa, pisdir.

Hər nədirsə, Əli Əliyevin də dediyi kimi, “qara qutu” açılmayınca, o versiyanın da yaşama hüququ vardı. Ancaq artıq “qara qutu” açılıb və Əli Əliyevin də irəli sürdüyü versiya suya düşüb – batıb gedib. Bundan sonra onu ehtimalının dalıyca Kürdəxanıya göndərməyə ehtiyac yox idi.

Hər bir halda qərar məhkəmənindir, ancaq bu ölkədə, deyəsən, daha yuxarı instansiyalar da var axı!

Bu gün yanvarın 18-dir, Əli Əliyevin həbsindən 5 gün ötür – “0“ informasiya: adamın hətta vəkili də tapılmır ki, apellyasiya şikayəti verib-vermədiyini öyrənəsən!

Əli Əliyev həbs olunub – səhifələrində yalnız yutuberlərin bu barədə fikirlərindən ibarət hansısa çıxışları yayılır. O da gün ərzində 1-2 dəfə.

Vətəndaş və İnkişaf Partiyasının sosial şəbəkə hesabları – aktivlik şifrin altında!

Partiyadan informasiya təminatı – yoxdur!

Əli Əliyevin əsaslandığı “hərbi müşaviri” – ortada yoxdur və yaxud, ümumiyyətlə mövcud deyil!

Partiyanın bəyanatı – kimsə rast gəlibmi?

Fakt odur ki, VİP yalnız və yalnız qeyri-ciddi iddialarla gündəmdə olmağa çalışan, şou-çıxışlardan başqa heç bir iş görməyən, status güdən və feyk profillərdən kommet yazan sədrdən ibarətmiş. Komanda, hərbi-siyasi müşavirlər, təbliğat – heç nə mövcud deyil. Adam tutuldu və “partiya” dondu!

Əli Əliyev partiya sədri-zad deyil və ən pisi odur ki, heç bloger də deyil. Ən yaxşı halda yutuber və blogerlərin tiraj üçün bəhrələndiyi, debatlarda opponentinin sözünü kəsib, daha ucadan danışma “istedadı” olan şəxsdir. Mühakimələri isə yalnız utanc gətirəsi primitiv düşüncə məhsulu... Təsəvvür edin, Qazaxıstandakı hadisələri doğru-dürüst təhlil etmək yerinə, Papadan daha artıq katolikliyə girişib, Qasım-Jomart (Comərd) Tokayevə “bu, comərd yox, namərd imiş” kimi reaksiya verən ağıldan hansı siyasi qabiliyyət gözləmək olar? Bir ölkənin hakimiyyətinə iddialı partiya sədri qardaş ölkənin prezidentinə bu ifadəni işlədərmi? – hətta səhv etdiyini düşünsən belə! Adamın ölkəsini parçalayırlar, adam dövləti xilas etmək üçün hər şeyə əl atır və sən də onu öz siyasi əxlaqınla təhqir edirsən? Allah eləməmiş, belələri hakimiyyətə gəlsə yox, nəsə bir siyasi status qazansa, batdıq – indidən türk respublikaları ilə düşmənik demək; hələ Rusiya kimi nəhəngi demirəm...

Əstafurullah, adamın haqqına da girməyək: maraqlı fikirləri, vətəndaş mövqeyi var. Ancaq özünü ifadə etmək üçün yerini tapa bilməyib!

Yaxşı bloger və yaxud yutuber ola bilərdi və inanın ki, onda səsləndirdiyi fikirlərə görə heç məhkəməyə də verilməyəcəkdi. Çünki bloger və yutuberin iddiası, irəli sürdüyü versiya başqa, siyasi partiya sədrinin ittihamları tamamilə fərqlidir. İkincilərin hakimiyyət iddiası var, onun fikirlərini də cəmiyyət fərqli qəbul edir. “Hərbi müşavirləri” və DSX-dəki “mənbələrin”dən sitatlar gətirəndə isə məsələ bir az da qəlizləşir.

Hər bir halda Əli Əliyevə görə üzüldüm: adam özü haqda əməllicə siyasi partiya başqanı təsəvvürü yaratmışdı, halbuki apellyasiya şikayəti verməyə vəkili belə yoxmuş və yaxud bu haqda məlumat yayası katibi belə mövcud deyilmiş!

Yeri gəlmişkən, məhkəmənin qərarını həddən artıq ağır saysam da, özünə siyasətçi deyən şəxsin danışıqlarına məsuliyyətlə yanaşması gərəkdiyini də düşünürəm.

Məsələn, sosial şəbəkələrdə Tolikin MAXE-ləri təhqir etməsinə reaksiya verilməməsindən danışır və Əli Əliyevi misal gətirirlər. Niyə Toliki MAXE-lər məhkəməyə verib cəzalandırmırlar, ancaq Əli Əliyevi zabitlər şikayət edir?

Qarşılaşma doğru deyil. Bir az kobud desək, Əli Əliyevi adam sanırlar, kişi sayırlar və təəssüf ki, siyasi fiqur zənn edirlər və əlbəttə ki, sözünün ağırlığına reaksiya verirlər. Toliki nə vaxtdan kişi sayıblar ki, hələ bir sözünə görə məhkəməyə də versinlər?

Tarix
2022.01.18 / 16:34
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla