Yuxarı

Müşfiq Abbasov vətən xainidir, Şuşanı satıb: qətlə yetirək...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu şəhərdə” komandasının meneceri, uzun illərdir sevimli səhnəciklərin müəllifi olan Müşfiq Abbasovun rəhbərlik etdiyi KVN komandasının Soçidə keçirilən festivalda “Şuşa” adından imtina etməyə məcbur olması və ikinci turda “Buta” adı ilə iştirakı artıq 3 gündür mediada sərt şəkildə tənqid edilir.

Əlbəttə ki, cəmiyyətin buna verdiyi reaksiya çox normaldır: “Şuşa” adını daşıya bilməyəcəkdinsə, əvvəldən götürməzdin”, “Anar Məmmədxanov olsa, bu addımı atardımı”, “Şuşa” adından imtina etməkdənsə, o festivala tüpürüb gəlmək daha yaxşı idi” və s. iddiaların hər birində hər kəs haqlıdır.

“Şuşa” adının dəyişdirilməsinə bu qədər böyük reaksiyanı KiViN təşkilatçıları da görməli və bilməli idilər. Artıq gördülər də, bildilər də!

Ancaq Müşfiq Abbasovun vətənpərvərliyi və milliliyinə şübhə altına almaq uğrunda bəzilərinin “savaşı” genişlənib ki, bu da istər-istəməz artıq mahiyyətdən yayındığı, şəxsi müstəviyə keçdiyi təəssüratı yaradır.

Məsələnin mahiyyətini artıq Müşfiq Abbasov izah etdi. Soçidə festivala ümumilikdə 520 komanda müraciət edib, 420 komanda isə bu şəhərdə festivala qatılmaq üçün gələ bilib.

Böyük və ciddi rəqabət mühiti var. Bu mərhələdən keçənlər Rusiyanın müxtəlif şəhərlərindəki daha yüksək liqaya vəsiqə qazanacaqlar və “Şuşa”nın burada olması çox yaxşı olardı.

Ancaq birinci turdan sonra redaktorlardan biri Ruben Caqinyan adlı erməninin tələbini dilə gətirib: “Şuşa” adının dəyişdiriləcəyi halda komanda ikinci tura keçə bilər!

Ruben Caqinyan AMİK (Aleksandr Maslyakov və Kompaniya) televiziya yaradıcılıq birliyinin yaradıcısı və sahibi Aleksandr Maslyakovun oğlu, qurumun baş direktoru Maslyakovun müavinidir.

Müşfiq Abbasovun açıqlamasına görə, komanda qərar vermək məcburiyyətində qalıb: əgər adı dəyişməsələr, onlara hər hansı şərt qoyulduğu haqda iddiaları qəbul etmədən, komandanın zəif nəticəyə görə ikinci tura keçmədiyi haqda məlumat yayacaqları üzə çıxıb. Ona görə də komanda iştirak etdiyi səhnənin yarışmada münsiflər tərəfindən dəyərləndirilməsi üçün müvəqqəti olaraq “Buta” adından istifadə etməyi məqbul sayıb və ikinci tura keçib.

İkinci turda birbaşa Maslyakovların önündə çıxış ediblər və Sankt-Peterburqda baş tutacaq 8/1 finala vəsiqə qazanıblar.

Komanda növbəti mərhələyə adlayan 86 komandadan və ən yaxşı 8 komandadan biri olub.

Bu nəticələr əldə olunduqdan, növbəti mərhələyə adlayandan, başqa cür desək, öz istedadlarını sübut etdikdən sonra Müşfiq Abbasov A.Maslyakovla ciddi müzakirə aparıb və Sankt-Peterburqda komandanın “Şuşa” adı ilə çıxış edəcəyinə yaşıl işıq yandırıldığı haqda təminat alıb.

M.Abbasov da elan etdi ki, onlara bu barədə söz verilib: əgər vədlərindən yayınsalar, növbəti mərhələdən imtina edəcəklər.

Kifayət qədər məntiqli və uğurlu gedişdir. Bir erməni istedadlı bir Azərbaycan komandasını birinci turdan çıxdaş etməyə çalışır, bəhanə gətirir; komanda bu bəhanənin düşmənin əlindən alır və öz gücünü sübut etdikdən sonra ad davasına qayıdır.

Taktiki-siyasi yanaşmadır və bu açıqlamadan sonra məsələyə nöqtə qoymaq olardı. Ancaq təəssüf ki, tənqid və təhqirlərin arası kəsilmir.

Tahir və Cabir İmanovlardan tutmuş Kamran Həsənliyə qədər, hər biri Müşfiq Abbasova böyük ölçüdə hücuma keçiblər, bir çox ziyalılar da küyə qoşulub, mahiyyətinə varmadan və prosesi izləmədən “hücumçulara” dəstək verirlər: artıq “Bu şəhərdə” komandasının gələcək konsertlərinin “boykot”u haqda anonslar başlayıb və s...

Bu artıq ayrı müstəvidir: bu, qisasçılıq, “rəqibə” qurşaqdan aşağı zərbədir.

“KVN Parni iz Baku” komandası hər zaman “Bu şəhərdə”yə tiraj baxımından uduzub. Əlbəttə, bir tamaşaçı kimi Tahir və Cabir qardaşlarının hazırladıqları səhnələrin daha çox satira ilə yüklü və rəngarəng olduğunu düşünmüşəm. Ancaq fakt odur ki, “Bu şəhərdə” populyarlıq və auditoriya baxımından “Parni iz Baku”dan qat-qat öndə olub. Deyəsən, indi fürsət yaranıb ki, stəndapçılar, köhnə KVN-şiklər bunun qisasını “Bu şəhərdə”dən alırlar.

Müşfiq Abbasov vətənpərvərliyi və milliliyi qətiyyən müzakirə predmeti olmayan bir şəxsdir; Şuşa da bizimdir, “Şuşa” adı da! Necə Şuşa uğrunda savaşmışıq, bu ad uğrunda da M.Abbasov mübarizə aparır və istəyinə də nail olur.

“Şuşa” komandasının ilk turdan məğlub olub üzərimizə qayıtmağındansa, qalib olması və Sankt-Peterburqa getməsi, orda öz adını bərpa etməsi daha yaxşı deyilmi?

“Tüpürüb qayıtsaydılar”, nə qazanacaqdılar? Nəticə etibari ilə erməni məkri qalib gəlməyəcəkdimi?

İndi qalib kimdir?

Müşfiq Abbasov tam əminliklə deyir ki, Sankt-Peterburqda adlarını bərpa edəcəklər. Ancaq hazırda 8/1 finalçıların siyahısında adlarının “Buta” şəklində qeyd edildiyini əsas gətirib, təhqirləri davam etdirirlər.

Axı M.Abbasov “bərpa olundu” deməyib, “Sankt-Peterburq yarışına qatılanda bu adla çıxış etməyimizə icazə verilib” deyib! Siz niyə M.Abbasovu yalançı çıxarmağa çalışır, onu vətən xaini sayır və qətlinə fərman verirsiniz?

İndi M.Abbasova və “Şuşa”ya daha çox motivasiya və dəstək lazımdır. Qoy, azərbaycanlılardan ibarət komandanın səsi Sankt-Peterburqdakı qaliblər sırasından gəlsin; hamısı təbliğatdır, hər biri bizə lazımdır. Mədəniyyətin, sənətin gördüyü işləri bəlkə də siyasət görə bilməz! Bakıda oturub, ermənilərin söz sahibi və tərəfdarları olduğu bir məkanda təkbaşına mübarizə aparan və sonadək gedən bir ovuc azərbaycanlıya qarşı bu nə aqressiyadır axı?

Heç olmasa, nəticəni gözləyin...

Tarix
2022.01.24 / 13:46
Müəllif
Şeyx Teymur
Oxunub
32 745
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla