Yuxarı

Habil Əliyevin duzlu-məzəli lətifələri…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Habil Əliyevin duzlu-məzəli lətifələri…

Hazırda komada olan böyük sənətkar, kaman ustadı Habil Əliyev həm də son dərəcə hazırcavab, baməzə, müdrik insan kimi tanınır. Sənətkarın səhhətindən xoş xəbər eşitmək ümidi ilə onun lətifələrini yada salmaq qərarına gəldik.

Axar.az ustad kamançanın məzəli söhbətlərindən bir neçəsini təqdim edir:

***

Habil Əliyev İrana səfərə gedir. Anşlaqlı konsert və tamaşaçıların böyük sevgisindən sonra bir nəfər yorğun-arğın sənətkarı israrla qonaq aparır. Qonaqlıq mərasimi uzanır və Bakıdan gedən qrup ev yiyəsinin tükənməz sevgisini dinləyəsi olurlar. Yorğun olmalarına baxmayaraq, heç kəs ev sahibinin bu qədər sevgisinin qarşısında heç nə deyə bilmir.

Ev sahibinin sözünün şirin yerində Habil Əliyev dillənir:

- Qardaş, sən neçənci ildənsən?

Təbrizli deyir:

- 1367-ci ildənəm, baba!

Habil Əliyev özünü xeyli təəcüblənmiş göstərib deyir:

- Maşallah, çox yaxşı qalmısan…

***

Bir gün Habil Əliyev müğənni Nazim Ağayevlə üz-üzə gəlir. Onun kefsiz olduğunu görüb soruşur ki, Nazim, nolub?

Nazim Ağayev gileylənir:

- Həkimdən gəlirəm. Dedi ki, belimdə, dizimdə, ayağımda duz yığılıb. Məndə möhkəm duzlaşma gedir.

Habil Əliyev deyir:

- Nazim, həkim gözünün içinəcən yalan deyir. Azərbaycanda səndən duzsuz adam yoxdur. Fikir eləmə!

***

Habil Əliyev günün birində xəstəxanadan evə qayıdır. Məhəlləyə çatanda kəkələyən pəltək qonşusu qabağına çıxır. Qonşusu sənətkardan nədən şikayətləndiyini soruşur.

Habil prostatında problem olduğunu deyir. Qonşusu bu xəstəliyin nə olduğunu anlamır. Habil ha izah edir ki, prostat xəstəliyi nədir, qonşusu başa düşmür. Axırda izahdan yorulan Habil Əliyev deyir:

- Ay qonşu, bax, sən necə danışırsansa, mən də elə peşov edirəm.

***

Habil Əliyev Lütfiyar İmanovu rayonların birində toy məclisinə göndərir, ona qarşılığında yüksək məbləğdə zəhmət haqqı veriləcəyini söyləyir. İmanov rayona çatanda deyilən ünvana gedir.

Məlum olur ki, nə toy var, nə dəvət. Bunun Habilin bir zarafatı olduğunu başa düşüb kor-peşman Bakıya qayıdır. Flarmoniyada Habili görən kimi ona tərəf yüyürür ki, ürəyini boşaltsın.

Habil cəld aradan çıxıb özünü bayıra atır, taksiyə oturur. İşıqforda taksiyə çatan Lütfiyar maşının sürücü olan pəncərəsinə özünü yetirir və yazılası mümkün olmayan "ürək sözlərini" deyir.

Habil Lütfiyarın ürəyini tamam boşaltmasını gözləyir, sonra isə ona aid deyilmiş kimi sakitcə sürücüyə tərəf dönüb deyir:

- Qardaş, sizin nə pis zarafatınız var…

Tarix
2015.09.04 / 23:46
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla