Yuxarı

“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq…” konfransı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” V Beynəlxalq elmi konfrans keçirilib. Konfransda Rumıniya, Əlcəzair, Qazaxıstan və başqa ölkələrdən məruzəçilər iştirak edib.

Kult.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş beynəlxalq elmi konfransın keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib, artıq ənənə şəklini alan tədbirin müxtəlif dünya universitetlərində maraqla qarşılandığını diqqətə çatdırıb.

Rektor bildirib ki, bu gün Azərbaycanda gedən multikulturalizm dövlət siyasətinin əsasını Ulu öndər Heydər Əliyev qoyub. Multikulturalizmin dövlət səviyyəsində həyatımıza, cəmiyyətimizə tətbiqi Ulu öndərin qəbul etdiyi qərarlardan başlayır: “Bu siyasəti Prezident İlham Əliyev çox böyük uğurla və ləyaqətlə davam etdirir. Bildiyiniz kimi, 2014-cü ildə multikulturalizm ideologiyası öz əksini dövlət xidməti şəklində tapdı. Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Bu mərkəz vasitəsi ilə dövlət başçısının fikirlərinin, siyasi iradəsinin təqdim edilməsinə başlanıldı. ABŞ-da, Avropada, yaxın və uzaq ölkələrdəki universitetlərdə “Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başlandı”.

Akademik Kamal Abdulla əlavə edib ki, mərkəzin yaradılmasının əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq etməkdir. Bu gün Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir.

Daha sonra ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, millət vəkili Tamam Cəfərova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Rumıniyanın Aleksandr İoan Kuza adına Universitetinin professoru Lüdmila Bejenaru, Əlcazairin Mərkəzi Salhi Əhməd Universitetinin professoru Kaid Nuraddin, AMEA-nın Tarix İnstitutunun təmsilçisi Mais Əmrahov, Polis Akademiyasının ictimai elmlər kafedrasının rəisi Rəhim Məcnunov, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Moisey Bekker, Qazaxıstanın Kostanay Regional Universitetinin dosenti Qaziz Şaymerden, ADPU-nun Ağacabədi filialının dosenti Baxış Ələsgərov müxtəlif mövzular ətrafında məruzə ilə çıxış ediblər.

Konfrans bölmə iclasları ilə davam edib.

Tarix
2022.04.28 / 22:28
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək?

İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan

İran təhlükə görən kimi İrəvana zərbə endirəcək - Nahapetyan

Londondan AZAL təyyarəsi ilə bağlı məktub göndərildi

Bakıda fahişəliklə məşğul olan iranlı tələbələr qovuldu

Trampın Bakı-İrəvan sülhünə nail olmaq fürsəti var

İrəvanın 90-cı ilin yanvar yalanı - Bakıdan cavab

Aktau qəzası: Rusiya HHM qüvvələri rəhbərliyini araşdırır

ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb?

ABŞ-la saziş: İrəvan cəsarətləndi, Rusiya şokdadır – Bozoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla