Yuxarı

Aktau qəzası: Rusiya HHM qüvvələri rəhbərliyini araşdırır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aktau qəzası: Rusiya HHM qüvvələri rəhbərliyini araşdırır

Rusiyanın İstintaq Komitəsi “Azərbaycan Hava Yolları” QSC-nin reysinin Aktau yaxınlığında qəzaya uğramasından sonra Hava Hücumundan Müdafiə Qüvvələrinin rəhbərliyi, hava hərəkətinin idarə edilməsi sistemi və hava hərəkəti dispetçerlərinin hərəkətlərini qiymətləndirmək üçün ekspertiza təyin edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, istintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyaları araşdırır.

Rusiya Federasiyasının İstintaq Komitəsi və Dövlətlərarası Aviasiya Komitəsi Aktauda qəzaya uğrayan təyyarənin “qara qutu"larını araşdırır. Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə daxil olan təyyarə yazıcılarından alınan məlumatlar öyrənilir.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Tarix
2025.01.15 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla