Yuxarı

Bakıda 25 faiz endirimli yarmarka keçiriləcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 25 faiz endirimli yarmarka keçiriləcək

Sentyabrın 16-18-i tarixlərində keçiriləcək IV Bakı beynəlxalq kitab sərgi-yarmarkasında "Hədəf" nəşrləri və XAN nəşriyyatı iki stendlə iştirak edəcək.

Axar.az xəbər verir ki, sərgi müddətində oxucular hər iki nəşriyyatın kitabını 20-25 faizlik endirimlə əldə edə biləcək. "Hədəf" nəşrləri sərgiyə 100 metodik vəsait, 60 uşaq kitabı, XAN nəşriyyatı isə 150 bədii kitabla qatılacaq.

Yarmarka müddətində – sentyabrın 17-i saat 17:00-da filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiqin yeni çap edilmiş "Arvadsız kişi" hekayələr kitabının imza və təqdimat mərasimi keçiriləcək. Tədbirdə hər hansı bir gənc yazarın kitabını alan oxucuya "Arvadsız kişi" hekayələr kitabı pulsuz hədiyyə olunacaq.

Həmin gün "Hədəf" nəşrlərinin Mədəniyyət və Turizm Nazirliyi ilə ortaq layihəsi olan "Yazıçılarımızı dünyaya tanıdaq" kitab dəsti oxuculara təqdim ediləcək. Sentyabrın 18-i saat 14:00-da isə detektiv yazıçı Müşfiq Xanın imza mərasimi keçiriləcək.

Sərginin rəsmi bağlanış mərasimi sentyabrın 18-i saat 16:00-da baş tutacaq.

Tarix
2015.09.10 / 22:20
Müəllif
Nigar An
Digər xəbərlər

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla