Yuxarı

Bakıda “petuxlar”ın azadlıq aksiyasına sözardı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda “petuxlar”ın azadlıq aksiyasına sözardı

Heç kəs 14 mayda Bakıda keçirilən aksiya haqda yazmaq istəmədi; heç kəs bu aksiyanın mahiyyətinə, şüarına diqqət çəkmədi; hər kəs “petuxların” hədəfinə çevrilməkdən qorxdu, abırsızdan abrını gözlədi!

Ancaq abırlılar abırlarını abırsızlardan qorumaq üçün sussa, cəmiyyətə çox yanlış informasiya vermiş olarlar!

Bakının mərkəzində Bəxtiyar Hacıyevə qarşı təhqiramiz hərəkətə, Aytən Məmmədovanın hədələnməsinə və cinayətkarların hələ də tapılmamasına etiraz qayət normaldır: etiraz edin, DİN-dən canilərin tapılmasını tələb edin – sizin haqqınızdır, hüququnuzdur, kimsə sizə nəsə deyə bilməz. Zatən bu aksiya ilə “ilk dəfə konstitusion hüquqdan tam istifadə” adı ilə bir özbaşınalığa da haqq qazandırılmasına çalışıldı. Elan edildi ki, nə meriyaya, nə də Bakı polisinə müraciət olunub, kimsədən icazə alınmayıb və mitinqqabağı kimsəyə də izahat yazılmayıb – “Konstitusiyada təsbit edilən vətəndaş haqqından bəhrələnildi!”

Konstitusiyada aksiya üçün icazə almaq anlayışı yoxdur, ancaq aksiyanın yeri, aksiyaçıların sayı, vaxtı, keçirilmə müddəti haqda dəqiq məlumatlandırma xarakterli müraciət vacibdir; bu, qanunla tənzimlənir – təhlükəsizlik üçün, kimlərinsə aksiyadan sui-istifadə etməməsi üçün... Allah eləməmiş, o “icazə alınmasa da, baş tutan ilk aksiyada” bir qəzavü-qədər olsa, məsuliyyətini kim götürəcəkdi üzərinə? Müraciət etməli idiniz ki, hüquq-mühafizə orqanları ciddi təhlükəsizlik tədbirləri görsünlər.

Bu, bir!

Buna baxmayaraq, nə döyülən oldu, nə təhqir edilən, nə da saxlanılan. Polis aksiya iştirakçılarına kifayət qədər mülayim yanaşdı. Əla, alqışlanasıdır – aksiyadan əvvəlcədən, sosial şəbəkələrdən xəbər tutdular, təhlükəsizliyi təmin etdilər, aksiyanın keçirilməsinə və bəyanatın oxunmasına da böyük ölçüdə mane olmadılar – baxmayaraq ki, Britaniya səfirliyinə tam ayrı cür olacağı haqda məlumat verilmişdi və ingilislər də mitinqdən xeyli əvvəl yazıb hazır qoyduqları mətni redaktə etməyi belə artıq gördülər və yaydılar: başları “Avroviziya”ya qarışmışdı, yəqin ki ondan...

Məhz polisin liberallığı səbəbindən bu aksiyanın bəlli xarici dairələrin əlinə yaxşı bir fürsət kimi vermək imkanına çevrilmədiyi aydındır. Halbuki o aksiyaya çıxanlar şüara qədər hər şeyi Avropa üçün düşünmüşdülər!

Bu, iki!

Üçüncü: Bakının mərkəzində LGBT bayrağı ilə avtoritar rejimdən azadlıq tələb edilir!

Bakının mərkəzində “petuxlar” “mafiya sisteminə qarşı” şüar qaldırır!

Daha normal, Avropanın diqqətini çəkmək üçün “həssas yerinizə” toxunmadan aksiya keçirə bilməzdinizmi? Yoxsa qrantı verənlər “cinsi azlıq” məsələsində sizdən “cəsarətli” olmaq tələb edir?

LGBT, cinsi azlıq hüquqları, vətəndaş nikahı və s. adı ilə bizə sırınan “Avropa dəyərlərində” məqsəd nədir? Siz “ədalət” bayrağı altında bu xalqın genefonduna hücum edirsiniz, ailə dəyərlərini və demək, dövlətin sütunlarını sarsıdırsınız.

Dövlətin əzəməti torpağı üçün canından keçməyə hazır gəncləri ilə ölçülür. LGBT-çilərdən Vətəni qoruyan olmaz – bir adam ki, özünün ..... qoruya bilməyə, Vətəni necə qoruyacaq?!

Avropadakı erməni dəstəkli qrant təşkilatlarına Azərbaycanda gəncliyin “petux”laşması, lezbiyanlaşması, LGBT-ləşməsi, gənclərin nəsil artırmadan ehtiraslar üzərində vətəndaş nikahında “cinsi icması” lazımdırsa və bu məqsəd üçün istifadə edilirsinizsə, bunu bizə “ədalət” kimi sırıya bilməzsiniz!

O bayraq, o şüar sizə aid deyilsə, onda sizin aksiyanızda o şüarların qaldırılma səbəbini izah edin!

İnsan cəngəllikdə yaşayan vəhşi heyvan deyil; şəxsi virusunuzu da cəmiyyətə yaya və təbliğ edə bilməzsiniz! İnsanı öldürən virusla necə mübarizə aparıldığını gördünüz! Lazımdırsa, vaksin vurdurun, ancaq virus olaraq “maskasız”, ayıbına kor olmadan Bakı küçəsinə tökülüb, cəmiyyəti yoluxdurmayın!

Ailə - minillərlə xalqın ayaqda qalması üçün formalaşan institutdur, bu instituta yalnız bu xalqı və dövləti məhv etmək istəyənlər hücum edə bilər!

Ədaləti də gözdən salırsınız, aksiyanı da: sizin “petux ədaləti”ndənsə, avtoritar rejim yaxşıdır!

Tarix
2022.05.17 / 22:11
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

Paşinyan Əliyevlə görüşündən danışdı

Prezident Mariyana Kuyundziçi qəbul etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla