Yuxarı

Müjganın “rəisi” cəmiyyətə nələr edib?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müjgan adında yaxından-uzaqdan sənətə, müğənniliyə, səsə və musiqiyə heç bir aidiyyəti olmayan birinin “Rəisim” mahnısı niyə bu qədər əks-səda doğurdu?

Sualın cavabı budur: bu problemin yalnız bir “rəislə” və onun Müjganıyla yekunlaşmadığı üçün!

Rəislərin hansı yollarla milyonlar qazandığını hər birimiz yaxşı bilirik: əxlaqsız yollarla əldə olunan vəsaitin əxlaqsızlığa da xərclənməsində qeyri-adi heç nə yoxdur. Ancaq əxlaqsızlığının nəticəsini cəmiyyətə mədəniyyət, sənət adına sırıyanda çox dağıdıcı bir mənzərə ortaya çıxır.

Pis tendensiyadır: biri oğurluqla qazandıqları hesabına mədəniyyətə, biri sənətə, biri ədəbiyyata, biri elmə, hətta biri Milli Məclisə “adam” yerləşdirə bilir...

Sən oğru ola, haram yeyə bilərsən – nə vaxtsa mütləq DTX-yə onsuz da cavab verəcəksən; ya DTX-nın əlindən qurtarsan da, əmin ol, Allahın nizamından və ədalətindən yayına bilməyəcəksən: öz həyatın və öz seçimindir – özün bilərsən. Ancaq bu əxlaqsızlığı mədəniyyətə, ədəbiyyata, sənətə, musiqiyə... gətirmək olmaz.

Bu cəmiyyət sizə nə edib ki, ondan qisas alırsınız?

Bunun cəmiyyətə verdiyi mesaj gənclərə yalnız əxlaqsız yol təklif etməkdir!

Belə “rəislərin” narkotik istehsal edən və cəmiyyəti zəhərləyən insanlardan fərqi var: narkobaronlar heç olmasa təqib edilir, qanunla cəzalandırılır, bu əxlaqsızlığın isə qarşısında duracaq hüquqi maneə yoxdur.

Onsuz da bu cəmiyyətdə dəyərlərə həddən artıq böyük təzyiqlər var: Avropanın bəlli mərkəzlərindən Azərbaycanda transların, geylərin, LGBT təmsilçilərinin “haqq və hüquq” davası aparılır, ailə dəyərlərinin məhvinə milyonlar xərclənir. Onlar LGBT-ni, bunlar isə fahişəliyin imtiyazlarını ciddi şəkildə təbliğ etməklə məşğuldurlar.

Belələrinin Azərbaycana düşmənçilik edən, bu xalqın məhvinə çalışan erməni mərkəzilərindən qəti fərqi yoxdur.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu xalq üçün gördüyü ən önəmli işlərdən birincisi efir əxlaqsızlığı və əxlaqsızlıq təbliğinin qarşısında durmasıdır: efirlərdən rüsvayçı şouların yığışdırılmasından tutmuş Milli Məclisdə biabırçı davaların bitməsinə qədər; muğamın təbliğindən tutmuş Ağdam məscidinin torpaqlı döşəməsinə ayaqyalın girməsi misalında ziyarətgahlara ənənəmizə uyğun yanaşmasına qədər; geyiminə, ərkanına və davranışına qədər; qolunu çirməyib ailəsi üçün mətbəxə girməsinə qədər; Şuşada hamının gözü qarşısında ərini saxlayıb, köynəyini düzəltməsinə qədər... – bir əxlaq nümunələri ortaya qoyur, bu xalqın ailə dəyərlərini hansı səviyyədə qoruduğunu nümayiş etdirir, yol göstərir...

Çünki Mehriban xanım xalqın özünü qoruması, mövcudluğu və yaşamı üçün nələrin vacib olduğunu çox yaxşı bilir və onları himayə edir!

Bu dövlət ərkanını qarşısında rəislər məşuqələri ilə efirlərdən dəyərlərimizə necə hücum edə bilərlər?

...Burda məsələnin konkretləşməsinə qarşıyıq: əlbəttə ki, “Rəisim” bütövlükdə mövcud problemin ifadəsi üçün sadəcə bir tutalğacdır.

Ancaq birmənalı şəkildə bu “rəislər” – hacılar, deputatlar, məmurlar və s. – tapılmalıdır, cəzalanmalıdır, onlara “dur” deyilməlidir!

Onları “tapmaq” iki vur ikidir: heç bir yerdə işləməyən gözəllərin bahalı həyatının maliyyə mənbəyi dövlətin bəlli qurumlarına çoxdan bəllidir. Kim hansı dərədə hansı qələt edir – cəhənnəm olsun, özü bilər, Allahı bilər; ancaq bu qələtlər xalqı ayaqda saxlayan sütunlara hücuma yönələr və əxlaqsızlığın təbliğinə çevrilərsə, xalq da, dövlət də gərəkəni etməlidir.

Təki bu rüsvayçılıqlar Bizim Mehribana məruzə oluna...

Tarix
2022.05.19 / 15:20
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla