Yuxarı

Kamal Abdulla Rumıniyada Fəxri doktor seçildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla Rumıniyada Fəxri doktor seçildi

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Rumıniyanın Piteşti Universitetinin fəxri doktoru seçilib.

Kult.az xəbər verir ki, bununla bağlı Kamal Abdulla Piteşti Universitetinin rektoru Dumitru Kirleşan tərəfindən Rumıniyaya dəvət olunub. Bu ali təhsil ocağı tərəfindən göndərilən məktubda qeyd olunub ki, o, iki ölkə arasında təhsil və elm münasibətlərinin inkişafındakı xidmətlərinə, eyni zamanda, rumın dilinin ADU-da yüksək səviyyədə tədrisinə, bu ölkənin mədəniyyətinin təbliğindəki müstəsna roluna görə bu fəxri ada layiq görülüb.

Rektor Kamal Abdulla və ADU-nun Mərkəzlərlə iş bölməsinin rəhbəri Anar Rəhimov 19-27 oktyabr tarixlərində Buxarest, Pteşti və İaşi şəhərlərində akademik ezamiyyətdə olacaqlar.

Səfər müddətində akademik Kamal Abdullaya Piteşti Universitetinin fəxri doktoru adı təqdim olunacaq, yazıçının “Bir, iki, bizimki” əsəri əsasında Pteşti Universitetinin tələbələri tərəfindən hazırlanan tamaşanın premyerası da keçiriləcək. Kamal Abdulla eyni zamanda İaşi Universitetində “Azərbaycan multikulturalizmi” mövzusunda mühazirə oxuyacaq, Azərbaycan Multikulturalizm Mərkəzinin açılış mərasimində iştirak edəcək.

Oktyabrın 25-də İaşi Universitetinin rektoru ilə ADU-nun rektoru arasında anlaşma memorandumu imzalanacaq.

Tarix
2022.10.07 / 15:24
Müəllif
Kult.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla