Yuxarı

Qubad İbadoğlunun ermənilərə qoşulan qızı və özü...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi azərbaycanlılar ermənilərlə birgə “Laçın dəhlizinin açılması” və “ermənilərin blokadadan” çıxarılması üçün Azərbaycandan tələbdə bulunublar. Artıq peşəkar media işçiləri araşdırmalar da ediblər, onların siyahısını da yayıblar – linkdən tanış ola bilərsiniz: “PostSovietPeace” layihəsi xarici donorlar tərəfindən maliyyələşir və 200-ə yaxın üzvü varmış. Onlardan 86-sı azərbaycanlı, 73-ü ermənidir, qalanı digər millətlərin nümayəndələri.

200-ün içində azərbaycanlıların say çoxluğundan aydındır ki, bu layihə nəyə və kimə qarşı hesablanıb – “açıq fikirli” azərbaycanlıları “tapmaq” və erməni pulu ilə Azərbaycana qarşı qoymaq.

Heç bir millət bütöv halda qəhrəman deyil: millətin içində fahişəsi də, oğraşı da, pul üçün anasının əmcəyini kəsəni də, vətənini satanı da olur. Bizdə də var, heç barmaqhesabı da deyil, daha çoxdur – əksəriyyəti də Allahın verdiyi vücuduna sahib çıxa bilməyən, arxasından ”təyinatı üzrə” istifadə edə bilməyənlər, dalını qorumayanlardır.

Təbii ki, dalını qoruya bilməyənlərdən Vətəni qorumağı tələb etmək ayıb bir iş olar. Utanmaq əvəzinə LGBT-yə qoşulub, başları ilə deyil, dalları ilə düşünən manqurtlardan milli nəsə gözləməyə dəyməz və belələri azərbaycanlılar arasında 86 yox, 860 və ya 8600 də ola bilər. Ancaq 10 milyonu aşan azərbaycanlılar üçün bu rəqəm faiz nisbətində 0,0…-la ölçülür.

Bu, heç də o demək deyil ki, digər 99,99 faiz Vətən anlayışı ilə yaşayır. Qətiyyən! Xalqın düşünən beyni də, lokomativi də 10 faiz civarında olanda, o xalq passionar sayılır. Məsələ də odur ki, məhz o “10 faizə qədər” dövləti idarə edir, millətin gələcəyini bəlirləyir və s.

Bu baxımdan narahatlıq yoxdur – onsuz da Azərbaycandan bağlamadığı Laçın yolunu açmağı tələb edənlər az deyil – Estoniyadan Fransaya və hətta BMT-yə qədər. Bu sıraya LGBT-nin üzvü olmaları ilə fəxr edən 86 azərbaycanlı gedə-qızın qoşulması ilə heç nə dəyişən deyil – İlham Əliyevin sözü olmasın, ha biri az, ha biri çox – fərq etmir.

Sosial şəbəkələrdə isə ən çox dartışılan məhz onların sırasında Qubad İbadoğlunun qızının olmasıdır.

Qubad İbadoğlu tanınmış iqtisadçı alimdir, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədridir və siyasi fəaliyyətlə məşğudur. Yəni yuxarıda xatırlatdığımız 10 faizin içinə girməyə çalışan biridir.

Qubad İbadoğlunun qardaşı isə deputatdır, Milli Məclisdə oturur və dövlətin maraqlarını hər zaman müdafiə edib – yəni 10 faizə girməyə çalışmır, elə ordadır ki var!

Bu şəxsin övladının LGBT-çilər və ermənilərlə birgə Azərbaycandan Laçın yolunun açılmasını tələb edənlərdən olması düşündürücüdür.

Əlbəttə, deyə bilərsiniz ki, hər kəs azaddır, hər kəsin öz düşüncəsi var - demokratiya belə gəldi, insan azadlığı elədən getdi-filan…

Məsələ bundadır ki, hazırda Xankəndi yolunda davam edən aksiyanın bu zadlara heç bi aidiyyəti yoxdur: Xankəndi və ətrafında silahlananlar demokratiyanı rəhbər tutmayıblar, qızıl və mis-molibden yataqlarımız da insan haqları ilə talanmır, İranın terrorçuları da bizim torpaqlara beynəlxalq hüquqla girməyib. Orda bir terror fəaliyyəti, talama mövcuddur və onun qarşısını kəsməyə gedənlər də milli dava aparırlar.

Qubad İbadoğlu əgər öz qızını milli ruhda tərbiyə edə bilməyibsə, o necə bu ölkəni idarə etmək sövdasına düşür? Öz ailəsini idarə etməyi bacarmayan şəxs bu milləti necə idarə edə bilər, onu hansı hədəflərinə götürə bilər?

Nəzərə alanda ki, Qubad İbadoğlu Füzuli rayonundandır və onun torpaqları, yurdu, doğulduğu ocaq illərlə erməni tapdağında olub, işğalda qalıb, darmadağın edilib, evi talan olub, daşı-daş üstündə qalmayıb… - onda məsələ bir az da qəlizləşir. Demək ki, bu insan yurdunun talan olunması ilə nəinki barışıb, bunu övladlarına da aşılayıb və hazırda övladı Azərbaycanın sərvətlərinin talan edilməsi, işğalda qalmasına “vərdiş” edib.

Bu qəhrolası “vərdişlə” siyasi iddia irəli sürməkdən əbləh bir iş təsəvvür etmirəm…

Tarix
2022.12.22 / 08:45
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla