Yuxarı

“Haran ağrıyır, Fazil?” yazanlar təhlükəli deyil...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Haran ağrıyır, Fazil” deyə, sosial şəbəkələrdə gülüş işarəsi ilə millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdindən şadyanalıq keçirənlər doğrudanmı olduqca təhlükəli insanlardır?

Sanmıram. Ən azı ona görə ki, bu insanların əksəri öz ad-soyadı, real personası ilə bu “şənlikdə” iştirak edirlər. İnsan gördüyü heç bir düşməndən qorxmaz, qorxmamalıdır.

Bu insanlar nə etdiklərini, nəyə sevindiklərini, nə boyda günaha girdiklərini dərk etməyən zavallılardır.

Əsl təhlükə qatilə “Kalaşnikov”u verib, sui-qəsd edilən üçün hamıdan artıq “göz yaşı tökən”dir; əsl təhlükə ziyalı qiyafəsinə bürünüb, “millət və dövlət” sözlərini istismar edə-edə gizlində bu ölkənin qəsdinə duranlardır; əsl təhlükə xarici xüsusi xidmət orqanlarının ictimai-siyasi mühitə, səhiyyəyə, məktəbə, hətta bazara, dükana, iaşə obyektlərinə yerləşdirdikləridir.

Onlar çox ustalıqla davranırlar, hər yerə girə, hər kəsdə özlərinə rəğbət yarada bilirlər: birini “səxavəti”, digərini “bəlağəti”, bir digərini “cəsarəti” ilə ələ keçirə bilirlər.

Biz nəticədən – Fazil Mustafaya sui-qəsd cəhdinə sevinənlərdən danışırıq. Ancaq nə dinə, nə imana, nə qanuna, nə hüquqa, nə də insanlığa sığan bu insidentə açıq şəkildə sevinəcək düşüncənin necə yaranmasından danışmırıq.

Necə ola bilər ki, bir insana qarşı terror aktına təhsili, savadlı, dünyagörüşü və əlbəttə ki, mərdliyi və ləyaqəti olan insan sevinsin?

Biz harda səhv etmişik ki, içimizdə belələri var və onlar özlərini gizlətməyi ağıllarının ucundan belə keçirmirlər. Çünki dəhşətli dərəcədə manqurtlaşdırıldıqlarını sanmırlar, beyinlərinin yuyulduğundan xəbərləri yoxdur.

Bəlkə, “özlərini ifşa etdiklərini” düşündüyümüz o “təhlükəli insanların” arxasında dayananlardan başlamalıyıq?

Şüara çevirmişik: ideoloji silahları var, şiə inancından məharətlə istifadə edirlər və s.

Bu iddianı irəli sürənlər, əmin olun ki, Azərbaycanın tarixini bilmirlər. Azərbaycan türk sufizminə saysız-esabsız mürşidlər vermiş, təriqətlər yaratmış məkandır. Azərbaycanlıların fövqəladə dərəcədə talerant olmasının də səbəbi budur: elə Bakının özü bir məclisdə müxtəlif təriqət başçılarının toplaşıb, “debat”lar aparıb, sonra da sayğı ilə bir-birindən ayrıldığı şəhər olub!

Başqa heç bir müsəlman ölkəsində, müsəlman şəhərində belə münasibəti tarixən müşahidə edə bilməzsiniz!

Ona görə FETÖ Türkiyədə təhlükə ola bilər, Azərbaycanda mümkün deyil! Bizdə ideoloji hücumlara qarşı tarixi immunitet var – çox nadir hallarda “ideoloji immun çatışmazlığı sindromlu” xəstə tapıla bilər ki, onların da sayı QİÇS xəstələrinin sayından çox ola bilməz.

Amma “süni şəkildə immun çatışmazlığı” yarada bilərlər – bu, ilk növbədə narkotik, ikincisi maliyyədir.

Yalnız bu iki virus bəzi halda azərbaycanlının tarixi ideoloji immun sistemini parçalaya bilər.

Hər ikisi illərdir tətbiq edilir – külli miqdarda narkotik daşınır, gənclər zəhərlənir, beyinləri yuyulur və pula ehtiyacları qarşılanır.

İki min manata pul deməyən, evində vaxtaşırı “təziyələr” təşkil edən, işi-gücü olmayan qara çarşablı “inadcıl qadının” yayılmış səs yazısında ciddi maliyyə dəstəyi aldığı aydın görünürdü. O maliyyə şəbəkəsini üzə çıxara bildikmi?

Biz diqqəti cəlb edənlərin maddi imkanlarının mənbəyinə nəzər yetiririkmi?

İctimai-siyasi, dini sferalarda bütün bunlar ciddi nəzarətdədirmi? “Şiə mərkəzindən” gələn narkotiklərin “qazancı” doğrudanmı geri qayıdır? Bəlli ölkədən olmaz hər halda – amma Avropadan və yaxud “müttəfiqi” Rusiyadan bu ölkəyə daxil olan vəsaitlər filtrlənirmi? Ölkə daxilində bu şəxslərə “insanlıq maskası” ilə yardım edənlər necə?..

Tarix
2023.03.29 / 23:11
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla