Yuxarı

Ermənilər xalq artistimizə niyə güllə atdılar? - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Qızıl duetlər" layihəsinin altıncı dueti korifey sənətkarlar - xalq artistləri Xan Şuşinski və Şövkət Ələkbərovanın birgə ifa etdiyi "Yaylıq" mahnısıdır.

Yaylıq - Azərbaycan xalq mahnısıdır. Adətən, duet şəklində oxunur. Mahnı məhəbbət mövzusundadır:

Yaylığını tanı, ay qız,

Məndə yaylıq hanı, ay qız?

Kim deyir yaylıq məndədir?

Bəlkə qalıb, çəməndədir, ay gözəl,

Gəl axtar, tap yaylığını.

Xan Şuşinski

Xan Şuşinski 1901-ci il avqust ayının 20-i Şuşa şəhərində doğulub. Onun bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub.

Xan Şuşinski 1934-cü ildə Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının incəsənət olimpiadasında böyük müvəffəqiyyət qazanaraq birinci mükafata layiq görülür. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edir.

Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. O, Üzeyir Hacıbəylinin "Qara göz" mahnısının ilk ifaçısı olub.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra - 1919-cu ildə Xan Şuşinski hərbi xidmətə cəlb edilir, qısa bir müddətdə Gəncədə hərbi təlim keçir. Sonradan onu tanıyan bir hərbçi Xanın öz sənəti ilə yenicə yaranmış müstəqil respublikaya daha çox xeyir verə biləcəyini əsas gətirərək, sənətkarı hərbi xidmətdən azad edir.

Onun uğurları bədnam qonşularımızın hiddətinə səbəb olurdu.Xan Şuşinski müstəqillik dönəmində, eləcə də sovet hakimiyyətinin ilk illərində dəfələrlə erməni quldur dəstələrinin qəfil hücumlarına məruz qalmış, ehtiyatlı davranışı hesabına düşmən gülləsindən bir neçə dəfə qurtula bilmişdi.Fəaliyyətinə Ağdamda davam edən Şuşinski 1939-cu ildə respublika rəhbəri olmuş M.C.Bağırovun sərəncamı ilə 24 saat müddətində Ağdamdan Bakı şəhərinə köçürülür.

O, gənc yaşlarında evlənir, lakin bu evlilikdən övladı olmur. Həyat yoldaşının təkidi ilə o, yenidən evlənir və həmin evlilikdən 4 övladı dünyaya gəlir.

Xanın əvəzolunmaz ifaları sırasına "Şahnaz" muğamı da aiddir.

Azərbaycan xanəndəsi Təyyar Bayramov "Şahnaz" muğamını bundan sonra kiminsə Xan qədər gözəl ifa edəcəyinə inanmadığını deyir: "Xan Şuşinski bu muğama elə bir möhür vurub ki, hələ uzun illər onun ifasına çatacaq ifanı mən təsəvvür belə etmirəm".

Çox vaxt xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a ceyran bala" mahnılarını, əslində, Xan Şuşinski bəstələyib. Dillər əzbəri olan "Şuşanın dağları" mahnısının sözləri də Xana məxsusdur.

Ustadın oğlu Aslan Cavanşirov "Kaspi" qəzetinə müsahibəsində bildirib ki, Xan 20-ə yaxın mahnının müəllifidir. Lakin dövrün qanunları qeyri-mütəxəssis olan şəxslərin, xüsusilə dəmahnı yazanların yaradıcılıq məhsulunun təqdimatına maneələr yaratdığı üçün bu, xalq mahnısı adı ilə dillərdə əzbər idi. Onun bəstələdiyi "Dilbərim" (yaxud "Bağda sarmaşıq"), "Ay dilbər", "Şuşanın dağları", "Qəmərim", "Ay qəşəng ceyran", "Ay qara qız", "Keçən il gördüm" (yaxud "Qızılgül") mahnılarını da bu qəbilədən hesab etmək olar.

Bənzərsiz səs sahibi Xan Şuşinski 1979-cu ilin 18 mart tarixində uzun sürən xəstəlikdən sonra vəfat edib.

Şövkət Ələkbərova

Şövkət Ələkbərova - əvəzolunmaz duetin digər iştirakçısı. O, 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olaraq fəaliyyət göstərir.

1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib və öz çıxışı ilə Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edib.

Böyük sənətkarın ifasında "Axşam", "Ayrılıq", "Gəl səhərim", "Bir könül sındırmışam", "Sənsən ürəyim", "Tez gəl" kimi mahnılar bu gün də sevilir.

Korifey müğənninin həyat yolu heç də hamar olmayıb. Həyatın onun qarşısına çıxartdığı faciələr (həyat yoldaşı - Lətif Səfərovun qəfil dəhşətli ölümü, qızı Natellanın ağır xəstəlikdən sonra vaxtsız həyatdan köçməsi), üstəlik səhnə fəaliyyətində onun qarşısında süni şəkildə yaradılan çəpərlər bir qadının çiyinlərində qaldıracağı yük deyildi. Məhz qızı Natellanın ölümü Şövkət xanımı çıxılmaz vəziyyətə salır. Bundan sonra onda xəstəlik davamlı olaraq özünü göstərməyə başlayır.

1990-cı il yanvarın 20-də Almaniyada müalicədə olan Şövkət xanım son qüvvəsini toplayaraq xalqına yardım göndərmək məqsədilə orada Azərbaycan cəmiyyətinin təşkil etdiyi xeyriyyə konsertləri verir. Müğənni iki gün dalbadal yataqdan qalxıb səhnəyə çıxır.

Səhnəmizin ən güclü qadınlarından hesab olunan Şövkət Ələkbərova 7 fevral 1993-cü ildə (70 yaşında) dünya ilə vidalaşır.

Ay kələkbaz oğlan, oğlan,

İnciyərəm səndən, inan.

Gəlməsə yaylıq qarşıma,

Xəbər verrəm qardaşıma,

yar, yarcan,

Gözəl oğlan, ver yaylığı.

Qeyd edək ki, musiqi tariximizdə ilk duet də böyük sənətkarların adı ilə bağlıdır. Təqdim etdiyimiz mahnı Azərbaycan musiqi tarixində səslənən ilk duetdir.

Tarix
2015.12.09 / 09:17
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Səlcuq Bayraqdar yenə rekord qırdı

17 maddəlik sülh sazişinin əsas elementi budur…

Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...

Bayramov ispaniyalı həmkarı ilə danışdı

Bayramov kiprli həmkarı ilə danışdı: Buna hazırıq!

Azərbaycan Rusiyadakı bu müsabiqəyə qatılmayacaq

Pekin və Dehli ABŞ-a qarşı birləşir: Ağ Ev bundan imtina edəcək

Stiven Dauti Azərbaycana gələcək

Onlar bizim Prezidentimizdən çox şey öyrənməlidir - Deputat

Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla