Yuxarı

“Zəlimxan o qəbirə necə sığacaq?”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Zəlimxan o qəbirə necə sığacaq?”

70-ci illərdə kitab satılan bir yerdə işləyirdik. İlk dəfə mən kitabımı ona hədiyyə apardım. O vaxtlar mənim "Bu məhəbbət yaşadar məni" adlı kitabım çap olunmuşdu. Gedib gördüm, bütün kitablarım satılıb. Bir kitabım qalmışdı, elə onu yazıb verdim ona.

Bu sözləri tanınmış şair Musa Yaqub bir neçə gün əvvəl vəfat edən dostu, xalq şairi Zəlimxan Yaqub haqda xatirələrini Axaz.az-a danışarkən deyib. O, şairin vəfatına görə böyük sarsıntı keçirdiyini bildirib:

"Zəlimxana dedim ki, biz bir babanın nəvələriyik. Sən də Yaqublusan, mən də. Biz müxtəlif yerlərdə oxucularla görüşlərdə, xarici səfərlərdə olmuşuq. Milli Məclisin deputatı kimi çalışmışıq. Yəni isinişmişik bir-birimizə, o mənə şeirlər həsr edib, mən ona söhbətlər həsr etmişəm. Biz Zəlimxanla yol yoldaşı, ömür yoldaşı, gün yoldaşı olmuşuq. Poeziyada fikirlərimizi bölüşmüşük, mübahisələrimiz olub. Zəlimxanla aşıq ədəbiyyatını danışmışıq, dastanlarla bağlı mübahisələrimiz çox olub. O, saz-söz dastanlarını, bütün Azərbaycan şeirlərini əzbər bilən, bu sahədə əvəzi olmayan ziyalımız, böyük şairimiz idi. Onun 60 illik yubiley məclislərində iştirak etmişəm. Xəstəliyə tutulandan sonra təəssüf etdim, hələ cavan idi, hələ yaddaşı möhkəm idi, həm ədəbiyyatımız, həm aşıq ədəbiyyatının yayımı, həm də gələcəkdə yazacağı şeirlər üçün bizə çox lazım idi. Mən də, Məmməd Aslan da, o da xəstə idik. Bir dənə şeir yazmışdı, təqribən iki il bundan qabaq. Mən kənddə idim və mənə zəng edərək həmin şeiri oxudu. 7-8 bəndlik şeirdə bizim üçümüzün xəstəliyindən söhbət açmışdı. Axır vaxtlar o, İsmayıllıya tez-tez gəlirdi. Bizim son görüşümüz İsmayıllının Buynuz kəndində oldu. İstirahətə gəlmişdi. Biz o vaxtlar tez-tez görüşürdük. Bir bulaq var, biz ona "Qonaqbulaq" deyirik. "Qonaqbulaq" ona görə deyirik ki, bu bulaq ancaq yayda çağlayır, qışda quruyur. Zəlimxan Yaqub bizim kəndə gəldiyi zaman həmin bulağa gedərdik. Elə axırıncı görüşümüz də həmin bulağın altında oldu. Mən Zəlimxan Yaqub, Nəriman Göytəpəli və bir neçə başqa şəxslə oturub, orada xeyli söhbət etdik. Axır vaxtlar Zəlimxanın qələmi işləyirdi. O mənim haqqımda bir şeir yazıb:

Qardaşıma bir bənzətmə tapmışam,

Musa Yaqub dağ kəlinə bənzəyir.

Başı zirvə, döşü yamac, özü dağ,

Şeiriyyətin heykəlinə bənzəyir.

Zəlimxan xatirəsini yadına salıb, düşünmək mənim üçün çətindir. Dünən onun yasında iştirak etmişəm. Onun qəbiri başında dayanıb "Qəbir necə də dardır. Zəlimxan dünyaya, poeziyaya, şeirə sığmırdı, bu qəbirə necə sığacaq? Ancaq sığmayacaq. Sazın tellərində, dəftərdə, qələmdə, televizorda, radioda, bütün deyimlərdə, məclislərdə, poeziyamızda onun şeiri göyərəcək. Zəlimxan şeiri min-min dəfə ayağa duracaq. O, poeziyamızda, könlümüzdə yaşayacaq", - dedim".

Xatırladaq ki, xalq şairi Zəlimxan Yaqub yanvarın 9-da uzun sürən xəstəlikdən sonra vəfat edib.

Tarix
2016.01.13 / 09:09
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

Paşinyan Əliyevlə görüşündən danışdı

Prezident Mariyana Kuyundziçi qəbul etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla