Konfrans Liqası: III turun oyunları keçirildi
02:22
| Ana səhifə Planet |
|
Rumıniya Ukrayna ilə sərhəddə, Dunay çayı deltası ərazisində ölkənin hava məkanını pozan iki gün ərzində ikinci pilotsuz uçuş aparatını (PUA) vurub.
Axar.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Nikuşor Dan sosial şəbəkə səhifəsində məlumat verib.
O bildirib ki, PUA yerli vaxtla 08:30-da (Bakı vaxtı ilə 9:30-da) Sfıntu-George şəhərindən təxminən 10 km qərbdə vurulub.
Rumıniya prezidenti vurğulayıb ki, PUA F-16 qırıcılarından istifadə edilməklə vurulub. Bununla belə, dronun mənşəyi haqda heç nə deyilməyib.
Qeyd edək ki, ötən gün Rumıniya lideri ölkənin hava məkanına qanunsuz daxil olan dronun vurulduğunu bəyan etmişdi.
|
Tarix
2026.07.25 / 12:51
|
Müəllif
Axar.az
|