Yuxarı

Məşhur aktrisa: "Əliyev mənə çay bağışladı"

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur aktrisa: "Əliyev mənə çay bağışladı"

Rusiyanın əməkdar artisti Natalya Kraçkovskaya Bakı, bakılılar və Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

Publika.az xəbər verir ki, aktrisa bu haqda "Moskva-Baku" xəbər portalına geniş açıqlama verib:

"Mən uzun illər Gürcüstanda yaşamışam. Uşaqlıq və gənclik illərim Tiflis şəhərində keçib. Tez-tez Bakıya yollanırdım. Şəhərlərimiz yaxın idi. Bakıda daha çox dənizə gedirdim. O şəhərin havası qeyri-adidir – o özündə dəniz sahilinin, duz və balıq qulaqlarının ətrini əks etdirir. Dəniz sahilində olan qəhvəxanalar isə havanı tamam fərqli edirdi. Orada gəzişən sevgililər bundan zövq alırdı. Uzun dənizsahili bulvar isə görüş üçün romantik məkandır. Mənim gəncliyimdə belə idi. Məncə, o vaxtdan bəri heç nə dəyişməyib. İndi də Bakıda bulvara çıxarkən şən gəncləri, onların qızlarla əylənməyini və qızlarla tanış olmaq istəklərini görürəm. Qızlar isə özünü elə aparır ki, guya bu onların xoşuna gəlmir. Ancaq əminəm ki, bu onların ürəyincədir. Belə hal mənim də başıma gəlib, lakin heç vaxt bu diqqəti ciddiyə almamışam. Onu da əlavə edim ki, ən yaxın rəfiqələrimdən biri Bakıda yaşayırdı.

Sonradan filmlərdə çəkilməyə başladım. "Mosfilm"in tərkibində Azərbaycanda keçirilən festivallara səfər edirdik. Moskvadan gələn aktyorlara görə yolları bağlayırdılar ki, onlar rahat şəkildə hərəkət edə bilsinlər. Bizi görmək üçün küçələrə saysız insan axını olurdu. Hər kəs bizi evinə dəvət edib, qonaqlıq vermək istəyirdi.

Bir dəfə Heydər Əliyev bizim aktyor heyətini qonaq dəvət etdi. Onun incəsənət aşiqi olduğunu və aktyorlarla söhbət etməkdən xoşunun gəldiyini bilirdik. Cənab Əliyev kino və teatr sahəsini gözəl bilirdi.

Biz böyük masa arxasında çay süfrəsinə keçdik. Azərbaycanda çayı çini stəkanlardan içmirlər. Armud formasında olan xüsusi stəkan var. Onlar kiçikölçülü vazanı xatırladır. Adı da "armudu"dur.

Bizə original stəkanaltı olan armudu stəkanda tünd çay süzdülər. Yanında da müxtəlif şürniyyatlara qonaq etdilər. Bundan sonra "Belə çayı ancaq bizdə içə bilərsiniz" - dedilər. Mən isə anidən "Təkcə sizdə?" - soruşdum. Sualıma cavab almasam da, Heydər Əliyev gülümsədi. Nəsə yaxşı şey söyləmədiyimi dərhal anladım. Mənə elə gəldi ki, dediyim söz heç bizim rəhbərliyin də ürəyincə olmadı. Bütün gecəni narahat oldum.

Qaldığımız otelə qayıtdıqda mehmanxananın xidmətçisi mənə bir bağlama verdi. Otaqda bağlamanı açdıqda, gördüm ki, içində çay var. Sonradan mənə dedilər ki, bunu Heydər Əliyev hədiyyə edib. Bunu eşitməmişdən qabaq da, hədiyyənin kim tərəfindən göndərildiyini başa düşdüm".

Tarix
2016.02.18 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

​5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər

Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya

Bayramovun da iştirak etdiyi görüşdə nələr müzakirə edildi?

İlham Əliyev Daşkənddə ziyafətdə - Video

İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

Əliyev Daşkənddə tədbirdə: Alim Qasımov mükafatlandırıldı

Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Foto

Bayramov ilk dəfə bu tədbirdə iştirak etdi

İlham Əliyev Mirziyayevlə görüşdü - Foto

İlham Əliyevin Özbəkistana səfərindən - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla