Yuxarı

Mətləb Ağa: “Səhərin şəhəri”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mətləb Ağa: “Səhərin şəhəri”

Bilmirəm, fikir vermisinizmi, Səhərin şeirlərinin demək olar ki, hamısında hansısa bir şəhər haqqında danışılır... Şəhər sözü işlədilməsə də, şəhərin özündən birbaşa söz açılmasa da... Məkan baxımından onun özünün bu gün də yaşadığı, ancaq zaman baxımından artıq əlçatmaz olan, bir də heç vaxt qaytara bilməyəcəyi, yəqin ki, bir çox reallaşmayan arzularının öldüyünü gördüyü, yəqin, elə bu üzdən də xiffətini elədiyi, darıxdığı bir şəhər.

İndi mən
Bu qarın altında,
Bu islaq küçələrdə
Hansı itiyimi axtarım,
Bir izi də tanış gəlməyən
Bu şəhərdə?!

Lap son vaxtlarda yazdığı bir şeirdə də yenə o şəhərdən danışır: "O şəhəri istəyirəm, bizim o köhnə şəhəri". Sözsüz ki, Səhər bir də o şəhərə qayıda bilməyəcəyini, o şəhərin zaman anlamında ondan gün-gündən uzaqlaşdığını başa düşməyəcək qədər sadəlövh deyil... Ancaq o, nə olursa-olsun, öz şəhərinə sadiqdir. Bu mənada, əslində müəllif bizim hər gün gördüyümüz, danışdığımız Səhər haqqında deyil, o şəhərdə yaşamış, yaşayan və yaşayacaq Səhər haqqında yazır... Bizim oxuduğumuz şeirlər həmin Səhərin haqqında olan yazılardır, onun dünəninin, bu gününün və gələcəyinin xatirələridir. Bu dünyamızda, bizim hazırda yaşadığımız şəhərdə nə baş verirsə, versin, bunların Səhərə dəxli yoxdur. O öz şəhərindən yazır. O şəhərin adamlarından yazır. O şəhərdəki sevgilərdən, kədərlərdən, olmuşlardan, olacaqlardan yazır. "Sən yaşayan şəhərdə" deyən Səhər əslində, başqasına xitab etmir. Bu "Sən" onun özüdür:

Burda quşdan azad bir hiss yaşardı,
Orda arzu adlı qonşu var idi.
Bir vaxt dəli-dolu bir qiz var idi,
Görəsən, dururmu o qarı indi?!

Və bu kitab Səhərin özünəməxsus, özünün qurduğu, ürəyində yaşatdığı, heç kəsin toxuna bilməyəcəyi, ağaclarını göyərtdiyi, skamyalarını düzdüyü ("Göyərdim o ağacları, çağırım o adamları, o köhnə skamyaları, düzüm o köhnə şəhərə") şəhəri haqqında xatirələridir. Xatirələri isə mən həmişə maraqla oxuyuram.

Tarix
2014.02.07 / 01:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla