Dünyada hər şeyin xüsusi düzülüşü bu qaydanı kəşf edən
Fibonaççi adlı riyaziyyatçının adı ilə bağlıdır.
Axar.az xəbər verir ki, "Fibonaççi ardıcıllığı" əsasən
rəssamlıq, heykəltəraşlıq, memarlıq kimi sahələrdə əsas bir ölçü
olaraq istifadə edilir. Təbiətdə çox sıx rast gəlinən bu nisbət
bitkilərdəki incə hesab və dizaynı başa düşmək üçün əhəmiyyətli bir
vasitədir.
Hər sayın özündən əvvəl gələn iki ədədin cəmi şəklində yazılıb
davam etdiyi saylara Fibonaççi sayı deyilir. Düzülüşün içində bir
ədədi özündən əvvəl gələn ədədə bölərək alacağımız nəticə 1,618
rəqəminə davamlı yaxınlaşacaq şəkildə meydana gələcək.
Fibonaççi ədədlərini əsrlərdir bu qədər əhəmiyyətli edən
səbəblər…
Fibonaççi ardıcıllığı təbiətdə tez-tez qarşımıza çıxar. Bu
ədədlər istifadə edilərək alınan kəsrlər bizə "Qızıl bölgü" verir.
"Qızıl bölgü"nü qədim misirlilər və yunanlılar tapmış və daha çox
memarlıqda istifadə etmişdilər. Sadə mənası ilə "Qızıl bölgü"
bütünün parçaları arasında olan həndəsi və ədədi bir nisbət
əlaqəsidir.
İnsan üzü
Qulaqlar arasındakı məsafə, gözlə üst dodaq arasında, burnun
altı ilə çənə arasındakı məsafə qızıl nisbətdir.
İnsanın işarə barmağı
Bir insanın işarə barmağı (normal standartlardakı barmaqlar üçün
etibarlı) hər bir hissəsi bir əvvəlki hissəyə nisbəti Fibonaççi
sayını verir.
Qolumuzun üst hissəsinin alt hissəyə nisbəti qızıl
nisbətdir.
Misir piramidaları
Hər bir piramidanın döşəməsinin yüksəkliyinə nisbəti qızıl
nisbəti verir.
Bitkilər
Bitkinin sapındaki yarpaqların, bir ağacın budaqlarının
nizamında hər zaman qızıl nisbət qaydası vardır. Yarpaqlardan biri
başlanğıc nöqtəsi olaraq alındığında, bundan başlayaraq yuxarıya
doğru (aşağıya doğru da ola bilər) sayılarsa, Fibonaççi ədədlərini
verər.
Bitkilərin müəyyən riyazi düsturlara görə formalaşmış olması
onların xüsusi olaraq hazırlanmış olduqlarının ən açıq
dəlillərindən biridir. Bitkinin atomlarında, DNT-sində gördüyümüz
həssas ölçü və tarazlıq bitkinin xarici görünüşündə də ortaya
çıxır. Bitkinin günəşdən maksimum faydalanması kimi həyati
məqsədlərlə yanaşı bitkiyə estetik bir gözəllik qazandıran bu
düsturlar müəyyən sayda olan molekulların bir yerə gəlməsilə ortaya
çıxan rənglərlə birləşdiyində fövqəladə gözəllikdə mənzərələr
ortaya çıxır.