Yuxarı

Aqşin transformasiyası: qalstuklu, “xütbə”li son…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədəbi hadisələri diqqətlə izləyəndə hər kəsin tanıdığı həqiqi Aqşin Yeniseyin assimilyasiya olmuş formasını görməmək mümkün deyildir. Bəs yaxşı, kimdir həqiqi Aqşin Yenisey?!

Tanımayanlar üçün pasport:

2000-lərin əvvəlində parlaq şeirlər müəllifi, həqiqi və təbii istedad, üstəlik, alovlu, şiddətli yazıları ilə gəncliyi, ədibləri ədəbi mübarizəyə səsləyən, söz dəllalları, dələduz ədəbi generallarla davalar edən, şəxsi həyatının faciələri belə ədəbiyyat olan adam.

Tanımayanlar üçün yeni nəsil şəxsiyyət vəsiqəsi:

Artıq çox da uzaq olmayan keçmişdən birmənalı imtina edən, tamamilə konyuktur, qalstuklu obraza bürünən, dediklərinin, yazdıqlarının, ideyalarının tam əksinə çevrilən ortabab müəllif.

İndi Aqşin Yeniseyə baxanda düşünürsən ki, görəsən, o şeirləri, o mətnləri doğrudanmı özü yazıb? Hara getdi, necə oldu o şeirləri yazan adam? Onun bu çöküşü nə ilə əlaqədardır? Doğrudanmı dolanışıqdır? Bəlkə elə mahiyyət budur, ilk fürsətdə üzə çıxıb, hər şeyə dolanışıq adı qoymağa ehtiyac yoxdur?

Azərbaycan ədəbiyyatının son illərdə çöküş dövrünü yaşayan bir neçə şəxsiyyəti oldu ki, onlardan biri də şair kimi ölən, yazıçı kimi dirilə bilməyən, filosof kimi də yaşaya bilməyən Aqşin Yeniseydir. Bütün bunlar həm də ona görədir ki, ortada təbii istedaddan başqa bir şey olmadı. O təbii istedad təbii şəkildə öləndən sonraya ortaya intellekt, mütaliə, dünyagörüş kimi məsələlər çıxmalı idi. Fəqət, bir zamanların gözəl şairi Aqşin Yeniseydə bunların heç biri olmadı. Yarım-yapalaq oxumağa çalışdığı fəlsəfə onu daha da gülməli vəziyyətə saldı, məlum oldu ki, demə, şair kimi tükəndiyini elan etməsi həqiqət imiş. Amma o da məlum oldu ki, Aqşin Yenisey oxuculara şair kimi maraqlı idi, sosioloq kimi yox.

Aqşin Yenisey 2000-lərin əvvəlində “tutuzdurduğu” mövzulardan indi də əl çəkmir. Amma bu dəfə “suyunun suyunun suyudur”. O da məlum oldu ki, Azərbaycan ictimaiyyətinə ateist kimi daxil olan Yenisey heç dini də bilmir. Vaxtaşırı dini “xütbələri” ilə bilgisizliyini bir daha sübut etdi. Bəs yeniliyə çağırış edən, Allah qoymasa, postmodernizmdən-zaddan danışan müəllif özü niyə yenilənə bilmədi? Boyat mövzuları təkrar-təkrar isidib oxucunun qabağına qoymağa niyə bu qədər çox ehtiyac duydu?

Görünür, Aqşin və onun timsalındakı adamlar bir yerdən sonra ya ölməlidir, ya da susub getməli. Söhbət, təbii ki, fiziki ölümdən getmir. Ona görə ki, insan illər uzunu eyni mövzuları yanlış bilir, danışır, üstəlik, inkişaf etdirmirsə, bu, ciddi problemdir.

Ona görə ki, onlardan sonra gələn ədəbi nəslin istinad nöqtəsi də yalnız onlardır. Hansı ki, o nəsil gəlir, qarşısında mübariz, daim sənət söhbətləri edən, sənətin aliliyini hər şeydən yüksək tutan, söz dəllallarına, dələduzlarına qarşı mübarizədə olan adam görür, asanlıqla bu havaya düşür və sonda da o adamlar tərəfindən aldadılır, xəyanətə uğrayır.

Yerdə qalan hər şey təəssüf hissi yaradır. Məsələn, Aqşin Yenisey gedib Azərbaycan ədəbiyyatını, mədəniyyətini pis günə qoyan adamların yanında yer alır, ortada olan problemləri onlarla qaldırmağa çalışırsa, bundan kədərli nə var?

Aqşin kimin kim, nəyin nə olduğunu bilmirmi?

Tarix
2024.05.23 / 10:52
Müəllif
Orxan Saffari
Şərhlər
Digər xəbərlər

Fransa bununla Azərbaycanı qıcıqlandırır - Uorlik

Bu başçı özünə yeni müavin təyin etdi

Hərbi polisin sabiq xidmət rəisinə hökm oxundu

Bayramov Qırğızıstanın yeni səfirini qəbul etdi

Sülhün əksər elementləri razılaşdırılıb, fikrimcə... - Klaar

Konstitusiya Məhkəməsində seçkilərlə bağlı iclas

Pezeşkian Azərbaycanla bağlı elə sözlər dedi ki... - Mühüm

O polisin bədənini gördüm – 3 bıçaq, iki güllə yarası vardı

Türkiyə “Bastion”ları bir ay ləngitdi: “Sezar” necə gələcək?

Pezeşkian türkcə danışdı, xəbərdarlıq aldı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla