Yuxarı

Tiktoker Vaqa ilə bağlı qərar verildi

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiktoker Vaqa ilə bağlı qərar verildi

Tiktok əməliyyatında həbs edilən “Vaqa” ləqəbli tiktoker Vüqar Zeynalzadə ev dustaqlığına buraxılmayıb.

Kult.az lent.az-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində tiktokerin şikayətinə baxılıb.

Tiktokerin vəkili Arzu Cavadov Yusif Nərimanov Rayon Məhkəməsinin müvəkkili barəsində çıxardığı 4 ay müddətinə həbs-qətimkan tədbirindən narazı olduğunu bildirib.

Vəkil vəsatətində göstərib ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşaq var, anası ağır onkoloji xəstəlikdən əziyyət çəkir.

Daha sonra məhkəmə yekun qərarı elan edib.

Qərara əsasən, “Vaqa” ləqəbli tiktokerin şikayəti təmin edilməyib və Nərimanov Məhkəməsinin onun barəsində çıxardığı qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, “Vaqa” ləqəbli Tiktoker Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix
2025.01.13 / 16:45
Müəllif
Kult.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla