Yuxarı

Gəncə qapısı haqda şok iddia: Gürcülərin tarixi yalanı?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncə qapısı haqda şok iddia: Gürcülərin tarixi yalanı?

Gürcüstanın Kutaisi rayonunun Helat monastırında saxlanılan qapının qədim Gəncə şəhərinin giriş qapısı olmasına heç bir şübhə yoxdur.

Bu sözləri Axar.az-a AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin sözügedən qapının, əslində, Gəncənin giriş qapısı olmaması iddiasına cavab olaraq deyib.

O xatırladıb ki, Gəncə qapısı Əbüləsvar Şavurun (1049-1067) göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanıb:

“1139-cu ilin sentyabrında güclü zəlzələ şəhəri dağıdıb və bundan istifadə edən Gürcü çarı Demetre hücum edib şəhəri talayıb, qənimətlər arasında Gəncə qapısını da aparıb.

Qapının bir tayının olmamasına səbəb isə gürcü monarxlarının əmri ilə həmin tayın təmir zamanı monastırın tavanına hörülməsi olub”.

Qeyd edək ki, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Gəncənin əsas giriş qapısı haqqında aşağıdakı iddia ilə çıxış edib:

“Bəzi mənbələrdə yazılır ki, guya gürcü monarxlarının əmri ilə Gəncə qapısının bir tayından mismar kimi istifadə edilib. Düşünürəm ki, gürcülər əsl Gəncə qapılarının Azərbaycana nə zamansa qayıdacağını düşünərək, belə bir saxta tarix uydurublar və orijinal qapıları Gürcüstanda hardasa gizlədirlər. Bizə isə kiçik bir qapını göstərirlər.

Mən əminəm ki, bu gün Gürcüstanın Kutaisi rayonundakı Helat monastırında saxlanılan qapı əsl Gəncə qapısı deyil. Bu, Gəncəyə aid olsa da, qalanın giriş hissəsindəki qapı deyil. Orda bunu mütləq tədqiq etmək lazımdır. Gürcülər bizim bir çox qədim əşyamızı bu qapı kimi haradasa bərk-bərk qorumaqdadırlar”.

Tarix
2019.05.04 / 09:09
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla