Yuxarı

Sabunla intihar edən azərbaycanlı sənətkar - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi sənətkar öz dövrlərində böyük işlər görsələr də, zaman keçdikcə unudulub, tarixin tozlu səhifələrinə qarışıblar. Belə insanlardan biri də Azərbaycan cazının ilk nümayəndələrindən olan cazmen Pərviz Rüstəmbəyovdur.

Kult.az “Unudulmuşlar” layihəsində 27 yaşında Sovet həbsxanasında müəmmalı şəkildə vəfat edən saksofonçu, cazmen Pərviz Rüstəmbəyovla bağlı yazını təqdim edir:

Pərviz Rüstəmbəyov 7 yanvar 1922-ci ildə Bakıda anadan olub. İlk musiqi təhsilini Pionerlər Evinin musiqi dərnəyində alıb. 1940-cı ildə görkəmli bəstəkar Tofiq Quliyev onu öz orkestrinə dəvət edib.

1944-cü ildə dünya şöhrətli cazmen Eddi Rozner Bakıda qastrolda olarkən Pərviz Rüstəmbəyovun ifasını çox bəyənib və öz orkestrinə birinci saksofonçu və klarnetçi kimi dəvət edib.

P.Rüstəmbəyov konsertlərdə o qədər uğurla çıxış edir ki, onu “Sovet Benni Qudmeni” adlandırırlar.

Pərviz 1941-ci ilin aprelində Stepanova Taisiya Mixaylovna adlı qızla evlənir. Bu evlilikdən bir oğlu olur. Ancaq uşağın yaş yarımlığında qəfil ölümü bu münasibəti də bitirir. 1943-cü ildə o yenidən evlənir və 1945-ci ildə ikinci dəfə ata olur.

P.Rüstəmbəyov əvvəlcə “Krasnıy Vostok” (indiki “Azərbaycan”) kinoteatrında, sonralar isə “Nizami” kinoteatrında öz orkestrini yaradır. Lakin 1949-cu ilin yanvarında onu “Qərbə pərəstişkarlıq”da təqsirləndirərək işdən azad edirlər.

Gənc cazmen ingilis musiqiçiləri ilə görüşdüyünə görə KQB onu izləyirdi. Bu təqiblər zaman-zaman hədə-qorxu halını alır. 1949-cu il may ayının 20-də Pərviz Azərbaycan SSR üzrə DİN qoşunlarının hərbi prokurorunun səlahiyyətlərini icra edən ədliyyə mayoru Ayriyanın göstərişi ilə həbs edilir. Bu barədə qərarda yazılmışdı: “Rüstəmbəyov antisovet və amerikapərəst əhval-ruhiyyəli şəxsdir”.

Təbii, bütün ittihamlar boş və yalan idi. Pərvizi düşündürən yalnız bir şey var idi: Sənət! Yaxınları da deyirlər ki, Pərviz həyatını sənətinə həsr etmişdi və bəzən buna görə səhhətində problem yaranırdı.

Heç nədə günahı olmayan, heç bir cinayət törətməyən 27 yaşlı caz musiqiçisi Pərviz Rüstəmbəyov 15 il müddətinə həbs cəzasına məhkum edilir.

1949-cu il dekabrın 29-da “Xüsusi müşavirə”nin iclasına bir neçə saat qalmış Pərviz Rüstəmbəyov həbsxanada müəmmalı şəkildə vəfat edir.

Sənətkarın ölümü ilə bağlı bir neçə versiya mövcuddur. Sənədlərdə onun xəstəlikdən öldüyü yazılsa da, yaxınları sabun udub intihar etdiyini deyiblər.

Bundan başqa, Pərviz Rüstəmbəyovun güllələndiyini deyənlər də var.

Pərviz Rüstəmbəyov hansı şəraitdə ölməsindən asılı olmayaraq, SSRİ-nin məhv etdiyi parlaq Azərbaycan sənətkarlarından biri idi. Şübhəsiz ki, gənc yaşlarında böyük diqqət çəkən bu sənətkar yaşasaydı, Azərbaycan musiqi tarixində əhəmiyyətli dərəcədə dönüş edəcəkdi.

Bu gün Pərviz Rüstəmbəyovdan sadəcə bir neçə fotoşəkil qalıb.

Tarix
2019.07.29 / 17:11
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla