Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Oktyabr 2019


Elçibəy dedi ki, iki balı düzəlt... - Məşhurlar danışdı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Azərbaycanın görkəmli ziyalılarından Vurğun Əyyub haqq dünyasına qovuşdu. O, yalnız bir siyasi xadim, ziyalı kimi deyil, həm də keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, Azərbaycanda test üsulunun ilk dəfə tətbiqini həyata keçirən şəxs kimi yaddaşlarda qalacaq.

Ölkənin tanınmış ictimai-siyasi xadimləri Teleqraf.com-a Vurğun Əyyubla bağlı xatirlərini bölüşüb.

Onun zəhməti unudulmamalıdır

Sabiq təhsil naziri Firudin Cəlilov:

“Vurğun Əyyubla Milli Azadlıq Hərəkatında birgə iştirak etmişik. Şəxsi tanışlığımız isə 1985-ci ilə gedib çıxır. O zaman bizim “Varlıq” təşkilatımız var idi və mən Vurğunu burada təmsil olunmağa dəvət etmişdim. Səhv etmirəmsə, onlar 1987-ci ildə “Çənlibel” təşkilatını yaratdılar və Vurğun orada rəhbər oldu. Sonra Azadlıq meydanında keçirilən 18 günlük mitinqlər zamanı Vurğun Əyyub orada aktiv iştirak etdi, cəsarəti ilə seçildi. Sonradan Azərbaycan Xalq Cəbhəsi yarandı. Vurğun bəy orada təmsil olundu, mən olmadım. Az sonra mən baş nazirin müavini olduqda test mövzusunu gündəmə gətirdim. Sonrakı müddətdə Azərbaycanda test imtahanlarını keçirmək məqsədilə Tələbə Qəbulu Komissiyası yaratdıq. Mən bu quruma Vurğun Əyyubun rəhbər təyin edilməsi təklifini irəli sürdüm və bu məsələdə təkid etdim. Çünki Vurğun bəy sınaqdan keçən prinsipial vətən oğlu idi. Test ideyasını həyata keçirmək üçünsə prinsipial və əl-ayağı təmiz şəxs lazım idi. Mən, Vurğun Əyyubun namizədliyi üzərində israrla durdum və Əbülfəz Elçibəyin sərəncamı ilə Vurğun bəy Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri təyin edildi. Bundan sonra mən onların işinə qarışmadım, demək olar ki, bütün yükü Vurğun bəy daşıdı, böyük zəhmət çəkdi. Onun zəhməti unudulmamalıdır. Onun dövründə qəbul olunan tələbələr ona haqqını halal etməlidir. Çünki böyük əziyyətlər çəkərək, bu işi ləyaqətlə bacardı. Dünən Vurğun bəy dünyasını dəyişdi və mən buna çox üzüldüm. Tarixdə iz qoyan adamın həyatdan köçməsi ağırlı olur”.

Prezident zəng edib tapşırsa da, bacım qızının balını artırmadı

Hüquq müdafiəçisi Novella Cəfəroğlu:

“Dünən Vurğun Əyyubun yasında iştirak etdim. Onun ölümü məndə stress yaradıb. Hazırda özümü çox pis hiss edirəm. Söhbət ləyaqətli, təmiz, vicdanlı və prinsipial bir şəxsdən gedir. Çoxları onun haqqında xoş sözlər yazır, onun prinsipial olduğunu dilə gətirir. Mən Vurğun bəyin nə dərəcədə prinsipial olduğunu bilavasitə görmüşəm. AXC hakimiyyətə gəldikdən sonra biz Vurğun bəylə üz-üzə gəldikdə bir məsələni danışıb gülürdük. Vurğun bəy Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri idi. Həmin il mənim bacım qızı da imtahan vermişdi. Onun səhv etmirəmsə, 2 balı çatmırdı ki, universitetə daxil olsun. Prezident Elçibəydən tutmuş İsa Qəmbərə qədər ona zəng edib dedilər ki, bu iki balı düzəlt. Vurğun bəy prinsipiallıq göstərərək, bundan imtina etdi. Açıq bildirdi ki, bu gün 2 balı artısa, sabah onun otağına azı 25 nəfər gəlib xahişlər edəcək. Beləcə, Vurğun bəy buna getmədi. Açığı, onun bu addımı məndə Vurğun bəyin şəxsiyyətinə hörməti artırdı. Sonrakı ildə bacım qızı universitetə daxil oldu. Söhbət ondan gedir ki, həmin dövrdə Vurğun Əyyub prinsipiallıq nümayiş etdirirdi. O, çox təmiz ziyalı idi. Dürüst, sözünü düz danışan böyük bir ziyalını itirdik. 2014-cü ildə Müsavat Partiyasından getsə də, müsavatçılığı içində daşıyırdı. Allah rəhmət etsin, xalqımızın başı sağ olsun”.

Vurğun sağlığında cənnətini qazanan aydındır

Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı:

“Vurğun Əyyubun sağlığında üzünə deməli olduğum sözləri təəssüflər olsun ki, onu haqq dünyasına yola saldığımız zamanı deməli oldum. Adətən, deyirlər siyasət çirkin peşədir, amma Vurğun siyasətin həm də halal və düzgün adamların yeri olduğunu fəaliyyəti ilə nümayiş etdirdi. Bəzən “siyasətçilər” ədəbiyyatçıları, yazıçıları, qələm əhlini siyasətdən kənarda saxlamağa çalışırlar. Lakin Vurğun öz taleyi ilə sübut etdi ki, elə siyasət dilçilərin, ədəbiyyatçıların və qələm adamlarının meydanıdır. Vurğun gənc yaşlarından milli düşüncə axınına düşən alim idi, “Çənlibel” adlı dərnək yaratmışdı. Bu dərnəyin məqsədi tariximizin yenidən öyrənilməsi və təbliği idi, amma əslində əsas vəzifəsi milli təfəkkürün inkişafına nail olmaq oldui. Onun ilk toplantısında mənim “Qan yaddaşı” kitabım müzakirə edilmişdi, o vaxtdan Vurğunla yaxınlaşmışdıq. Bir var ümumi söz, amma Vurğun öz fəaliyyəti ilə Azərbaycanda son 26 ildə böyük hadisə olan testin bünövrəsini qurdu, gənclərin azad və maneəsiz universitetə daxil olmasına səbəb oldu. Yəni pulu olub-olmamasından asılı olmayaraq, istedadlı gənclərin təhsil almasına şərait yaratdı. Bir sözlə, Vurğunun taleyi onu göstərdi ki, dünyada heç nə itmir. Son illər Vurğun siyasət meydanında deyildi və bir kənara çəkilmişdi. Amma xalq onu qiymətləndirdi. Son günlərdə 10 minlərlə insan onun şəfa tapması üçün səmimi qəlbdən dua edirdi. O sağlığında duasını eşidən adamdır. Hamımız dünyada gedəcəyik. Əsas odur ki, sən dünyadan gedəndə insanlar səni lənətlənməsin, səndən sevgi ilə ayrılsınlar. Bunun özü böyük bir hadisədir. Vurğun sağlığında cənnətini qazanan aydındır”.

Tarix
2019.09.25 / 15:07
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Rusiya Azərbaycandakı “nadinc qəzet”i niyə bağlamaq istəyirdi?

Varlı olmaq üçün nələri itirirsən? - Mənsimov açıqladı

Üzümüzə Yeni Turanın qapıları açılır - Arifoğlu

Dəfnindən 7 saat sonra evinə qayıtdı - Şok hadisə

Azərbaycan tarixinin ən qanlı səhifəsi belə başlayıb - Akademik

"Nəsimi" çəkilişində Balayevə qarpız verən kim idi? - Video

Oğlu açıqladı: Dilqəm Əsgərov azad edilir? - Video

Generalın sirli ölümü: onun cibindən nə tapılmışdı? - Video

Rus tarixi saxtalaşdırılıb: türklərlə savaş, yoxsa... – Rəy

Yeltsin və Nazarbayevin Qarabağ cəhdi: Bakı səfərində nələr oldu?

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla