Yuxarı

Düşmənə qarşı cihad elan etmiş Zəngəzurun son qazisi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az “Tarixə hökm oxuyan türklər” rubrikasının növbəti buraxılışında Zəngəzur qəzasının sonuncu qazisi, ədəbiyyatşünas Bəhlul Behcətlə bağlı maraqlı məlumatları təqdim edir:

Bəhlul Əfəndi və ya Mustafa Əfəndi oğlu Əfəndiyev 1869-ci ildə Zəngəzur qəzasının bugünkü (Şərqi Zəngəzur) Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. İbtidai təhsilini atasından və sonra qayınatası olan Hacı Qasım Çələbidən alıb. Sonradan Şəki şəhərində mədrəsədə təhsilini davam etdirib. 1915-ci ildə Qafqaz müftisi tərəfindən Zəngəzur qəzasının qazisi təyin edilib. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti qurulduqdan sonra 1920-ci ilə qədər Zəngəzurun qazisi vəzifəsində çalışıb.

Sonuncu fitva...

1918-ci ilin əvvəllərindən başlayaraq Azərbaycanın qərb bölgələrində Andranik, Dronun dəstələri, mərkəzi regionlarda və şimal-şərq bölgələrində isə Şaumyanın, Lalayanın, Hamazaspın quldur birləşmələri əhaliyə qarşı açıq terrora başlayır. Quldur Andranik İrəvan quberniyasının ərazisinə soxulur, Zəngəzur, Göyçə, Dərələyəz, Naxçıvan və Qarabağ mahallarında azərbaycanlılara qarşı soyqırımlar törədir. Həmin vaxt regionda erməni quldurlarına qarşı mətinliklə mübarizə aparan Xosrov bəy Sultanov, qardaşı Sultan bəy Sultanov, Abbasqulu bəy Şadlinski, Kərbəlayi İsmayıl, Qəmlo, Balo bəy Vəkilovla yanaşı, Bəhlul Əfəndi də olur. Məhz Bəhlul Behcət Əfəndinin bir qazi kimi erməni quldurlarına qarşı mübarizəyə qalxaraq verdiyi cihad fitvasından sonra başsız və silahsız olan xalq ermənilərə qarşı qeyri-bərabər savaşda xeyli təşkilatlana bilir.

Behcət Əfəndinin cihad çağrışına tezliklə Xanlıq, Dəmirçi, Dundarlı, Qəzyan kəndləri cavab verir. Qısa zamanda ətrafına xeyli insanı toplamağı bacaran Zəngəzurun son qazisi, hətta Qaçaq Qəbili də öz cihadına cəlb edə bilir. Qaçaq Qəbilin də mübarizəyə qoşulmasından sonra Zəngəzur mahalının bir sıra kəndlərində hücumun qarşısı alınır və ermənilər darmadağın edilir.

Xalqı cihada çağırmaqla yanaşı, Behçət Əfəndi şəxsən özü və başçılıq etdiyi silahlı dəstələrlə Zəngəzurda erməni quldurlarına qarşı uğurlu əməliyyatlar keçirir.

Dövrün Müsavat hökumətinin Zəngəzurda əsas dayaqlarından biri də məhz Bəhlul Behcət ağa olmuşdur. Onun səyi ilə bir-birilə qan düşmənçiliyi olan bir sıra bəylərimiz belə ümumi düşmənə qarşı mübarizədə birləşirlər.

Repressiya qurbanı

Bolşeviklərin Azərbaycanı işğalından sonra Behcətin ağır günləri başlayır. Yalançı ittihamla ilk dəfə 1924-cü ildə həbs edilir. 10 ildən sonra həbsdən qayıdır. 3 il ərzində əvvəlcə "Azərnəşr"də, sonra isə Elmlər Akademiyasının Azərbaycan filialının ədəbiyyat sektorunda işləyir. Bu elm ocağı Bəhlul Behcətin son iş yeri olur. 1937-ci ilin avqustunda yenidən həbs olunur. 15 mart 1938-ci ildə saxta ittihamlar əsasında güllələnir.

Zəngəzurun son qazisi Bəhlul Behcət ölümündən 20 il sonra, 5 noyabr 1958-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin qərarı ilə bəraət alır.

Tarix
2021.07.17 / 08:45
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla