Yuxarı

Bayramova ingiliscə saxta məktub... - Arkov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramova ingiliscə saxta məktub... - Arkov

Saxta məktubun ingilis dilində uydurulması onun Qərb mediasında çıxmaq üçün nəzərdə tutulduğunu göstərə bilər.

Bu sözləri Axar.az-a Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova ünvanladığı və ingilis dilində yazıldığı iddia edilən saxta məktuba münasibət bildirən rusiyalı politoloq Vitali Arkov deyib.

“Başqa izahı yoxdur, cənab Bayramov rus dilini mükəmməl bildiyindən və ya Bakıya hörmətindən Moskva mətni azərbaycanca yazardı. Bu məktubla bağlı yalnız Ukrayna, Ermənistan, Fransa, ABŞ və başqa yerlərdə maraqlı tərəflər haqqında təxmin edə bilərik. Ümumiyyətlə, ölkələrimiz arasında münasibətlərin səviyyəsi bu qədər yüksəkdirsə, məzmunca qəribə olan bu məktub nəyə lazımdır? Lavrovla Bayramov qapalı kanal vasitəsilə istənilən vaxt telefonla danışa bilər və onların söhbətinin əsl məzmunu məhdud dairələrə məlum olacaq. Ölkələrimizin XİN rəhbərlərinin etdikləri də məhz budur”, - o bildirib.

Arkovun fikrincə, bu siyasi təxribat Moskva ilə Bakı arasındakı münasibətlərə hansısa şəkildə təsir etmək məqsədi daşıyırdı:

“Sayı durmadan artan beynəlxalq tərəfdaşların, eləcə də Rusiya xalqının gözündə Rusiyanı və onun rəhbərliyini nüfuzdan salmaq, şübhə və panika yolu ilə uçuşlardan kütləvi şəkildə imtina etməyə cəhd edirlər. Amma əvvəldən şans yox idi. Birincisi, bizim qarşılıqlı etimada, dövlətlər arasında strateji əməkdaşlığa, xalqlar arasında qardaşlığa, dostluğuna əsaslanan xüsusi xarakterli münasibətlərimiz var. İkincisi, həm Rusiya, həm də Azərbaycan öz milli liderlərinə, onların qərarlarına, hərəkətlərinə inanır. Ancaq bu möhkəm tarixi bağlar boğazlarına tikan kimi batanlar tərəfindən məhv edilməyə cəhd edilir. Biz bunu təkcə Rusiya ilə Azərbaycan arasındakı bu vəziyyətin timsalında deyil, postsovet məkanında baş verən digər hadisələrdə də görürük. Onları təkcə Rusiyadan deyil, bir-birindən də ayırmağa çalışırlar. Məsələn, Orta Asiya respublikaları arasında, hətta Gürcüstanla Azərbaycan arasında, Gürcüstanla Ermənistan arasında süni gərginlik yaradırlar. Hələ Qərbdəki konkret qüvvələrin Moskva kimi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına kömək etmək əvəzinə, Ermənistanı Azərbaycanla yeni hərbi münaqişəyə necə sövq etdiyini demirəm”.

Tarix
2025.01.15 / 12:45
Müəllif
Ruslan, Zeynəb
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla