Yuxarı

Burak Özçivit bütün mülkünü dəyər-dəyməzinə təcili satır

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Burak Özçivit bütün mülkünü dəyər-dəyməzinə təcili satır

Məşhur türkiyəli aktyor Burak Özçivitin boşanacağı iddia edilir.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, aktyorun ona məxsus mülklərini və avtomobillərini satışa çıxarması bu iddiaların ortaya çıxmasına səbəb olub.

Aktyorun Şile və Sapanca ərazisindəki xüsusi villalarını da satışa çıxarması maqazin kulislərində onun boşanacağı və ya xaricə köçəcəyi barədə söz-söhbətlər yaradıb.

Qeyd olunur ki, sənətçi “Rolls-Roys” da daxil olmaqla, bir çox avtomobilini zərərlə satıb. Hətta 22 milyon lirəyə alınan lüks maşınını 14 milyona satıldığı iddia edilib.

Özçivit Acarkənddəki iki evini də satışa çıxarıb. Hətta onun əmlak ofislərinə müraciət etmədiyi, birbaşa özü tanışlarına müraciət edərək mülklərini satmaq istədiyi bildirilir.

Jurnalist Mehmet Üstündağın sözlərinə görə, Özçivit bundan sonra Dubay, Qətər, hətta İraqda yaşamağı düşünə bilər.

Boşanma dedi-qoduları ilə yanaşı, B.Özçivitin həyat yoldaşı, aktrisa Fəxriyə Evcenin də uzun fasilədən sonra yenidən reklamlara çəkilməsi diqqət çəkib. Aktrisanın bir təhsil müəssisəsi ilə 1 milyon dollarlıq sosial müqavilə bağladığı bildirilib.

Qeyd edək ki, B.Özçivit və aktrisa Fəxriyə Evcen 2017-ci ildə evlənib. Cütlüyün 2 oğlu var.

Tarix
2025.09.18 / 22:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla