Yuxarı

Maksim Qalkin Bakıya gəlir - Biletlərin qiyməti

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maksim Qalkin Bakıya gəlir - Biletlərin qiyməti

Noyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənnisi Maksim Qalkinin yaradıcılıq axşamı keçiriləcək.

Bu barədə Kult.az-a Mərkəzdən məlumat verilib.

O, tamaşaçılar qarşısına "stand up" şousu ilə çıxacaq. İki saatadək davam edəcək proqramda Maksim Qalkin sənətsevərlərə gülüş dolu anlar yaşadacaq və mahnılar ifa edəcək.

Maksim Qalkinin təqdim etdiyi proqramlar özündə parodiya, mahnı, yumor, məşhur televiziya şoularından konsert nömrələrini birləşdirir. O, auditoriyanı hiss edir və tamaşaçıları ilə şou boyu ünsiyyət qurur.

Maksim Qalkinin artistlik debütü 1994-cü ildə Moskva Dövlət Universitetinin Tələbə teatrında olub. Həmin il o, həmçinin Estrada teatrında "Debütlər, debütlər, debütlər" proqramında çıxış edib. O vaxtdan artistlik karyerasına uğurla davam edən Maksim Qalkin 2001-ci ildə Rusiyada "Triumf" və "Qızıl Ostap" mükafatlarını alıb. 2001-ci ildə "Vitebskdə Slavyan bazarı" festivalında ilk solo konsertini verib. O vaxtdan solo çıxışları mütəmadi xarakter alıb. 2001-ci ilin oktyabrında özünü yeni ampluada - mahnı ifaçılığında sınayıb. Onun ilk vokal təcrübəsi Rusiya estradasının əfsanəsi Alla Puqaçova ilə birlikdə oxuduğu "Bud ili ne bud" (Будь или не будь) mahnısı olub. Maksim Qalkin, həmçinin bir sıra televiziya proqramlarının aparıcısı kimi məşhurlaşıb. Onun səhnə çıxışları anşlaqla keçir, telelayihələrdə iştirakı isə yüksək reytinqi təmin edir.

Maksim Qalkinin indiyədək Bakıda verdiyi konsertlərin hər biri tamamilə yeni və fərqli olub.

Maksim Qalkinin Heydər Əliyev Mərkəzində keçiriləcək yaradıcılıq axşamına biletlərin qiyməti 40, 70, 100, 140, 180, 220 və 300 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələlərindən əldə etmək olar.

Tarix
2019.09.13 / 15:36
Müəllif
Kult.az
Digər xəbərlər

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Erməni bacılar Bakıya gəldi - Video

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

Milli Məclisin iclası başladı

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla