Yuxarı

Müğənnilər nə qədər vergi ödəyir? - Sorğu

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər cəmiyyətdə müzakirə olunan məsələrdən biri də müğənnilərin toydan qazandıqları məbləğin qarşılığında ödədikləri verginin az olması ilə bağlıdır. Bu yaxınlarda sözügedən məsələ Milli Məclisdə də müzakirə edilib.

Mövzu ilə bağlı Kult.az-a danışan əməkdar artist Firuzə İbadova 47 il dövlətə vergi ödədiyini deyib:

“2018-ci ilin sonuna qədər 47 il vergi ödəyicisi olmuşam. Amma qazancım heç vaxt böyük olmayıb. “Toylara 10 minə gedənlər var”, deyirlər. Heç bilmirəm onlar kimlərdir. Canlı ifa etmək asan iş deyil. Vergilər Nazirliyi (İndiki İqtisadiyyat Naziriyi) heç maraqlanırmı ki, Firuzə İbadova canını fəda edir, xəstədir. Deyirlərmi ki, bu xəstədirsə, gedib oxumalıdır, dərman pulunu qazanmalıdır? İndi toylar azdır. Qazancımın 4 faizini (rüblük) vergi kimi ödəmişəm. Ötən ilin sonunda toy yoxdur deyə, VÖEN-imi bağlatdırmışam. Soruşmaq lazımdır ki, 5-10 minə toy oxuyanlar bu vaxta qədər yetimxanalara, uşaq evlərinə gedibmi? Amma Firuzə İbadova, eynilə də Cavanşir Məmmədov həmişə xalqın içərisində olub. Mənim 66 yaşım var, çənəm mikrofona dəyir. Mən gəlib onlara vergi ödəməliyəm? 65 yaşına qədər vergimi ödəmişəm. Amma bu dövr ərzində nə 5 min, nə 10 min üzü görmüşəm”.

Müğənni Yaşar Cəlilov 9 ildir vergi ödədiyini bildirib:

“2010-cu ildən vergi ödəyicisiyəm. Hazırda nazirliklə əməkdaşlıq edirəm, bizim aramızda faiz söhbəti yoxdur. Bu barədə qanunda yazılıb. Qazandım-qazanmadım, vergimi ödəyirəm. Qanuni 4 faiz olmalıdır. Partnyorluq edəndə məbləğ təyin olunur. İşlədin-işləmədin, təyin olunmuş qiyməti ödəyirsən”.

Müğənni Nura Suri isə müğənnilərin qazancının müzakirə edilməsini doğru hesab etməyib:

“Heç bir müğənni toylardan 15 min manat qazanmır. 15 min deyəndə həmin pulun içində o müğənni ilə birlikdə çalışan insanların qonorarı da var. İqtisadiyyat naziri Mikayıl Cabbarov incəsənət nümayəndələri üçün vergini dörd faizdən iki faizə endirib. Yəni müğənniyə toydan 2000 manat çatırsa, onun da 2 faizi 40 manat edir. Bu vergini də ödəyirəm. Heç vaxt vergi ödənilməsi ilə bağlı problemim olmayıb”.

Xalq artisti Tünzalə Ağayevanın köməkçisi Yalçın Cabbarov gəlirlərlə bağlı rəqəm açıqlamayıb:

“Tünzalə xanım mütəmadi olaraq vergilərini ödəyir. Bu vaxta qədər onun vergi ödənilməsi ilə bağlı naziriklə hər hansı problemi olmayıb. Tünzalə xanım rüblük 5 faiz vergi ödəyir. Daha dəqiq desək, bu rəqəm ümumi 4 faizdən çox təşkil edir”.

Mənzurə Musayevanın həyat yoldaşı Cavid Məmmədov isə bir toyun qazancının 200-1000 manat arasında dəyişdiyini bildirib:

“Mənzurə xanım davamlı olaraq vergilərini ödəyir. Sadəcə olaraq, Məhərrəm ayında toy olmadığı üçün vergi ödəməmişik. Belə vaxtlarda ya VÖEN ləğv edilir, ya da hesabatda 0 qeyd olunur. Elə toy var ki, pulsuz, elə toy var ki, 200-700 manata, bəzi toylara isə 1000 manata gedirik. Ümumilikdə M.Musayeva rüblük 4 faiz vergi ödəyir. Dövlət büdcəsindən maliyyələşməyən pul qazanan şəxslər - müğənnilər, çəkməçilər, maşın yuyanlar, qaz ustası, təkər dəyişən əslində 2 faiz vergi verməlidir. Amma bizdən 4 faiz vergi alınır”.

Qeyd edək ki, millət vəkili Qüdrət Həsənquliyev 14 noyabrda Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı çıxışı zamanı 10-15 min manata toya gedən müğənnilərdən 30 manat sadələşdirilmiş vergi alınmasının ədalətsiz olduğunu deyib.

Tarix
2019.11.20 / 08:45
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Bakıda Frank Palloneyə qarşı aksiya keçirilir

Paşinyan Bakının əsas tələbini qəbul etdi

İlham Əliyev Klaudio Şermi ilə görüşdü

Bayden və Szinpinin son görüşü: Xəbərdarlıq etdilər

İlham Əliyev ABŞ nümayəndə heyəti ilə görüşdü

Hersoqun Bakı səfəri niyə ləğv edildi? – Sensasion səbəb

İlham Əliyev İSESKO-nun baş direktoru ilə görüşdü

Birinci xanım Dirçəliş Günü münasibətilə paylaşım etdi

Türkiyə Azərbaycanı təbrik etdi

Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla