Yuxarı

Alim və Fərqanə türk məşhurları ağlatdı - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alim və Fərqanə türk məşhurları ağlatdı - Video

Məni anam dünyaya gətirsə də, sənət üçün atam doğub. Bu, ilahidən bir hədiyyədir. Muğamı həmişə tək oxuyurdular. Amma biz duet şəklində ifa etməyə başladıq, dünya səhnələrində dilimizi bilməyən insanlara yaydıq. Atam onu yalnız etmişdi, indiyədək də edəcəkdi. Allah onu mənə, məni də ona göndərdi ki, bu işi bahəm yerinə yetirək.

Axşam.az xəbər verir ki, bu sözləri əməkdar artist Fərqanə Qasımova atası, xalq artisti Alim Qasımovla qatıldığı "Okan Bayülgen ile uykusuzlar kulübü” verilişində deyib.

Onun bu sözləri aparıcı Okan Bayülgeni və verilişində qonaq olan türkiyəli ifaçı Yavuz Bingölü kövrəldib. Onlar göz yaşlarını saxlaya bilməyib.

A.Qasımov isə "Mən həyatda yumşaq adamam, amma səhnədə özümü belə tanımıram. Bilmirəm ki, o mənim qızımdır” deyə, cavab verib.

Y.Bingöl sənətçilərimiz haqda "Alim Qasımov son 50 ilə damğa vurmuş möhtəşəm səsdir. Çox özəldilər, inanılmazdırlar” sözlərini söyləyib.

O.Bayülgen öz növbəsində xanəndələri verilişinə dəvət etdiyi üçün qürur duyduğunu bildirib:

"Azərbaycanın yaşayan xəzinəsisiniz. Biz sizdən hazırda sənəti öyrənirik. Qızınızı tərifləmirsiniz. Təbii ki, xəzinəsiniz. Fərqanə Qasımovanın səsi çınqıllı bir dərədən gələn saf səsi xatırladır”.

Tarix
2020.01.03 / 22:45
Müəllif
Kult.az
Digər xəbərlər

Hakan Fidan Azərbaycana gəlir

Serbiya prezidentindən İlham Əliyevlə bağlı xoş sözlər

Çevik iş saatı tətbiq edilir – Tıxac aradan qalxacaq?

Niyə “Ermənistan tarixi” tədris olunmurdu?

Prezident Məhəmməd Əbdülsalamı qəbul etdi

TDT ölkələri bu bayramların vaxtını birgə müəyyən edəcək

Bakıda dini liderlərin mühüm iclası başladı

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla