Yuxarı

Elza Seyidcahan Sərkisyana od qoyacaq

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elza Seyidcahan Sərkisyana od qoyacaq

Əməkdar artist Elza Seyidcahan Ermənistan prezidenti Serj Sarkisyana şeir həsr edib.

Trend xəbər verir ki, Elza Seyidcahanın şeirini təqdim edir.

Sarkisyan
danışır Bakı...!!!!!
Nahaqdan axıdılan qanlara
haqq verir Yerevandakı...!!!???
Yer üzündə
haqq verən insanlara...,
Göy üzündə
sülh sevən qartallara....
Ucaldıram səsimi...!
Səsimə səs ver a dünya........?
Haqqımıza girdilər..!
Bizə haqq ver dünya.....?
Xocalıya, Şuşaya
soxuldular, cırdılar...,
vurdular, yandırdılar..!!!
Sarkisyanlar, yanyanlar
sizdə yan var, yan, yan
bizdə can var!
Can...Can...!
Azərbaycan...can ..can...
Canı candan ayırana
bizdə qan var.
Qan..qan...!
Qanmırsan sən?!
Qanmalısan!!!
Canı candan ayırırsan?!
Qan.! Qan..!!!
Qanmayana dam, dam..!!!
Damcılanın qanımızın hesabını
dan, dan...!???
Sarkisyan..?!
Üsyan edərik, sənə üsyan..!!!
Atasız qalan övladlar
sənə küsyan..!
Yurdsuz qalan torpağımız
sənə tüğyan..!!!
Yan.., yan..!
Yanyana duran yanyanlar...!
Yuyanlar....!!!!!
Hamımızı tanrı verdi!
O sevərmi sən tökəsən
körpə quzuların qanın..!?
O qıyarmı sən sayasan
yetim körpələrin sayın!?
Heç qoyarmı tanrı....???
Məsum anaların ahın..., ahın...!!!???
Mübarizlər ölümüylə
Ödürərlər yanları...!!!!!
Siz yanansız!!!
Yana-yana qalansız..!!!
Bu dünyada sülh sevən,
haqq sevən insanlar var...!!!
Tamamsan sən!
Talansan. Sən..!
Sadə dildə danışıram səninlə...!
Şairlərim çox dedilər
Səbrlə..!
Əzimlə..!!!
Bəxtiyarlar, Şəhriyarlar verdi bizə
bu cürəti, bu qüdrəti...!!
Sarkisyan...!?
Sənə üsyan edirəm!
Mən üsyan!!!
Vətənimdən əl çək.!!!
Yurdumuzdan, obamızdan,
Elimizdən yan çək...!!!
Sarkisyan yan! Yan!!!
Sən bir dayan??!!
Sənə od qoyacam..!!!
Alacam səndən qayamı, tayamı!!!
Xalamı, atamı sən öldürdün..!!!
Gorumu, tayfamı sən söydürdün..!!!
Ocağımızı sən söndürdün???
Allahı özünə küsdürdün???
Küsdürdün Allahı üzünə..!!!
Söndürməyəcək sənin yanyananını...!!!
Yana-yana qalacaqsan Sarkisyan!!!!! Yann!!!!!

Şeirini İnstaqram səhifəsində bölüşən E.Seyidcahan hamını S.Sarkisyanın hərbi cinayətkar kimi tanınması ilə bağlı petisiyaya qoşulmağa çağırıb.

Tarix
2015.02.13 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla