Yuxarı

Azərbaycanlı məşhur gənc 54 milyona ev aldı - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı məşhur gənc 54 milyona ev aldı - Video

Rusiyada yaşayan azərbaycanlı videobloger Hüseyn Həsənov aldığı daha bir evinin görüntülərini paylaşıb.

Kult.az Oxu.az-a istinadən xəbər verir ki, Hüseyn Moskvanın ən bahalı və elit məkanlarından birində və şəhərə möhtəşəm mənzərə açılan binada 200 kvadrat metrlik üçotaqlı mənzil alıb.

Təmirsiz vəziyyətdə aldığı yeni mənzilinin görüntülərini İnstaqramda paylaşan bloger tezliklə evə köçəcəyini bildirib. Bununla yanaşı, Hüseyn Həsənov eyni kompleksdə anasına da mənzil alıb.

Mənzilin yerləşdiyi məkan haqqında informasiya verməyən azərbaycanlı blogerin aldığı təmirsiz mənzilin qiyməti təxminən 54,5 milyon rubldur (1,5 milyon manat).

Qeyd edək ki, o, Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Blogerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə elə özünə borcludur. Hüseyn Rusiyada ən populyar blogerlərdən biridir.

Onun İnstaqramda 12 milyondan çox izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir.

Hüseyn həmçinin restoran işi ilə məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez gələn H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.

Tarix
2020.01.25 / 11:04
Müəllif
Kult.az
Digər xəbərlər

Prezident və xanımı Bakıda sərgidə...

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

Milli Məclisin iclası başladı

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla