Yuxarı

Şəbnəm Tapdığın davası atasını yatağa saldı - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tapdığın ad iddiası ətrafında böyüyən qalmaqal onun atasını - xalq şairi İlyas Tapdığı özünün diliylə desək, "yorğan-döşəyə" salıb.

Publika.az-a açıqlama verən İlyas Tapdıq Şəbnəmlə bağlı yayılan xəbərlərdən narahat olduğunu bildirib:

"Əslində Şəbnəmi heç kim düzgün anlamayıb. Şəbnəm demir ki, bu adda olan xanımların hamısı adını dəyişsin. O, sadəcə, səhnə adamlarına irad tutur ki, öz adlarını elan edəndə soyadlarını da söyləsinlər. Yoxsa ki, Azərbaycanda heç kim Şəbnəm adını daşıya bilməz, bu, absurd fikirdir. Qızım belə qadağa qoya bilməz. Çünki heç kimin istəklərinə müdaxilə oluna bilməz. Bu söz-söhbətlərə görə əsəbiləşirəm. Özüm xəstə adamam, dava-dərman qəbul edirəm. Belə xoşagəlməz söhbətlər əhvali-ruhiyyəmə pis təsir edib, səhhətimə ziyan vurub. Mən indi yorğan-döşəkdə yatıram. Televiziyaya baxan insanlar hələ bir görsünlər Şəbnəm nə deyib, ondan sonra danışsınlar".

Qızının istedadından danışan ata Şəbnəmin Azərbaycan musiqisində göstərdiyi xidmətlərin əvəzsiz olduğunu deyib: "Qızım səs və ifa tərzinə görə hamıdan seçilir. Bunu onu sevənlər gözəl bilir. Amma baxıram ki, Şəbnəmin sözünün başına ip keçirib, onu gözdən salmaq istəyirlər. Mənim qızım qalmaqallı müğənni deyil. Çünki onun sənəti var. Sənət olan yerdə heç bir qalmaqala ehtiyac qalmır".

Tarix
2015.03.06 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bir çox ölkə Azərbaycan qazından istifadə edib...

Bu sistemi sıfırdan qurmuşuq - Prezident

Həm İtaliya, həm də Çin... - İlham Əliyev

İran Avropanın üç tələbini qəbul edərsə…. - Politoloq

İranın hücumu “simvolik” olsa da, radikal addım ata bilər

Bu gün Elçibəyin doğum günüdür

Şəhərlərimizin bombalanması əmrini İrəvanın verdiyi təsdiqləndi

Meksikalı diplomatlar da Azərbaycana təxliyə olundu

İrəvanın azərbaycanlıların qayıdışı ilə bağlı bu bəyanatı...

Arutyunyan etiraf etdi: Suriyadan gətirilən ermənilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla