Yuxarı

Məşhur müğənnilərimiz Avropada biabır oldular

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur müğənnilərimiz Avropada biabır oldular

Azərbaycanlı müğənnilər Natəvan Həbibi, Səidə Sultan və Elnur Almaniyada Novruz şənliyinə qatılıblar.

Ans press-in məlumatına görə, şənlikdən sonra müğənnilər Kanal Avropa Duysburg kanalında yayımlanan Ersoy show verilişinə dəvət alıblar. Məqsəd isə Bakıda keçiriləcək ilk Avropa oyunları ərəfəsində Azərbaycanı Avropada daha da geniş şəkildə tanıtmaq, təbliğ etmək olub.

Müğənnilərimiz buna razılıq veriblər və verilişin anonsları yayılıb ki, Azərbaycandan çox tanınmış müğənnilər gələcək. Hətta 2 saatlıq verilişin müddəti 3 saata qədər artırılıb ki, Azərbaycan Avropada geniş şəkildə təbliğ olunsun. Lakin proqramın başlamasına 2 saat qalmış müğənnilər gələ bilməyəcəklərini söyləyiblər.

Natəvan Həbibi və digər müğənnilər buna heç bir səbəb gətirməyiblər. Maraqlısı burasındadır ki, Azərbaycanı Avropada tanıtmaq imkanı yaranmışkən müğənnilərimiz niyə bundan istifadə etməyiblər. Özü də Bakıda ilk dəfə keçiriləcək Avropa oyunları ərəfəsində. Bəlkə bu onlara maraqlı deyil?

Tarix
2015.03.20 / 19:43
Müəllif
Axar.az
Digər xəbərlər

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla