Yuxarı

Bu da Elgizin "yeni" proyekti

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu da Elgizin "yeni" proyekti

Azərbaycanın məşhur teleaparıcısı Elgiz Əkbərin yeni verilişi bəlli olub.

ANS-in məlumatına görə, "Adam içində" layihəsi bağlandıqdan sonra Xoşqədəm Baxşəliyevanın "Sən tək deyilsən" verilişində 1 gün efirə çıxan Elgizin efir taleyi artıq bəllidir.

O, gələn həftənin ilk günündən efirdə olacaq. E.Əkbər "Günə baxan" layihəsinin aparıcısı qismində tamaşaçılar qarşısında olacaq.

Hazırki aparıcı Kamran Həsənlinin gedişi ilə "Günə baxan" layihəsində bəzi dəyişikliklər də gözlənilir. "Ola bilsin ki, "Mətbəx" rubrikasını təqdim edən Telli Hüseynova da layihədən uzaqlaşdırılsın. Amma bu məlumat hələ dəqiq deyil".

Xatırladaq ki, Elgiz Əkbər Xoşqədəm Hidayətqızı ilə mübahisə etdikləri səbəbindən "Sən tək deyilsən" verilişindən ayrıldığını təkzib edərək, bunu yeni layihələri ilə əlaqələndirmişdi. "Günə baxan" isə yeni layihə deyil.

Tarix
2015.05.14 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla