Yuxarı

Aygün: “Prezidentin verdiyi evi satdım”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aygün: “Prezidentin verdiyi evi satdım”

Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişinin "İnanmayacaqsınız" rubrikasının qonağı olub.

Musavat.com xəbər verir ki, xalq artisti keçirdiyi silsilə cərrahiyə əməliyyatlardan danışıb.

Xalq artisti həmişə dəyişmək, tamaşaçılar üçün baxımlı görünməyə görə əməliyyatlar etdirdiyini bildirib:

"Amma demək olmaz ki, bədənim kəsiklərlə doludur. Dəfələrlə sinəmi əməliyyat etdirmişəm, gah böyüdüb, gah kiçiltmişəm. İlk sinə əməliyyatım Moskvada olub, çox uğursuz alınmışdı. Hollivud layihəsindən öncə də ağır, silsilə əməliyyatlar keçirdim. Moskvadakı həkimim razı olmasa da, Bakıda məni əməliyyat etməyə razı oldular. Mənə səhv iynə vuruldu. Əməliyyat keçirdim, daha sonra çənəmi və dodaqlarımı hiss etmirdim. Həkim isə yanlış iynə vurduğunu boynuna almadı. Elə bilirdim ki, iflic oluram. İntihar haqda da düşünürdüm. Sonra başqa həkimə müraciət etdim və sağlamlığıma qovuşdum".

Müğənni Hollivud ulduzu Snoop Dogg ilə həyata keçirdiyi layihəsi üçün prezidentin ona verdiyi evi satdığını da etiraf edib:

"Türkiyədə məni aldatdılar. Hollivud layihəsi üçün məndən 300 min manat istədilər. Evimi banka qoyub, 250 min manat götürdüm. Layihəyə dediklərindən çox pul xərclədim, amma yenə də pula ehtiyac vardı. Ölkə rəhbərliyi sənətimə qiymət verib mənə ev bağışlamışdı, onu satdım. Layihəni bitirdim. Məni tələyə saldılar. Sənətim sayəsində bütün qazancımı Hollivud layihəsinə qoydum. Çox peşmanam ki, o layihəyə evimi qurban verdim. Hər zaman xəyal qururdum ki, dostlarım evimə gələcək və o evin prezidentin hədiyyəsi olduğunu biləcəklər. İndi yaşadığım ev də o layihənin qurbanıdır. Hələ də banka ödəniş edirəm. "Səni belə sevmədilər" klipinin çəkilişi üçün maşınımı satdım".

Tarix
2016.03.06 / 17:39
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma

“Son zəng” qadağaları: Uşaqlardan bu fərəhi niyə alırsınız?

Andrey Babiş Azərbaycana gəldi

Neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla