Yuxarı

Bakıda müğənninin çənəsini sındıran şəxs cəzalandırıldı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda müğənninin çənəsini sındıran şəxs cəzalandırıldı

Bakıda müğəninin çənəsini sındıran şəxsə hökm oxunub.

Axar.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, hadisəni törədən 1989-cu ildə Şuşa şəhərində anadan olmuş İ.Həsən barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Məlum olub ki, zərərçəkmiş Elçin Mayılov gecə saat 02.00 radələrində qonşusu İ.Həsənin əlində "GO" markalı içki ilə yüksək səslə küçə söyüşü söydüyünü görüb. O, İ.Həsənə yaxınlaşıb nə baş verdiyini soruşduqda, sonuncu hədsiz dərəcədə içkili olduğundan qəsdən bir neçə dəfə yumruqla onun üz nahiyəsindən vurub.

Elçin Mayılov aldığı xəsarətdən çənə nahiyəsinin sınığı ilə xəstəxanaya yerləşdirilib.

Hadisə Bakıda şadlıq evlərində müğənnilik fəaliyyəti ilə məşğul olan Elçin Mayılov toydan evinə qayıdırkən baş verib.

Məhkəmənin qərarı ilə İ.Həsənə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

Tarix
2025.01.21 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla