Yuxarı

Ölüm xəbəri yayılan, 3 dəfə həbs yatan məşhur şair...

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haqqında “öldürdülər”, “intihar etdi” deyə şayiələr yayılan, bir zamanların çox məşhur şairi olan Ramiz Təkani ilə söhbətimiz də bu şayiələr kimi qəribə oldu. İctimaiyyətə məlum olan şəxsi həyatı ilə bağlı suallar onu bir qədər qəzəbləndirdiyindən, müsahibəmiz də yarımçıq qaldı.

Kult.az şair Ramiz Təkani ilə yarımçıq müsahibəni təqdim edir:

- Ramiz bəy, yaxın keçmişin məşhur şairi olmuşunuz, şeirləriniz səs yazısı ilə yayılırdı. Amma birdən-birə ölüm xəbəriniz çıxdı, elə bu günə qədər də çox adam sizi ölmüş bilir. Nə oldu, nə baş verdi?

- 2010-cu ilin iyul ayında bir şeirimi məndən xəbərsiz olaraq əzizim, nəğməkar şair Orxan Dəniz internetdə yaydı. Çox az bir vaxtda da həmin şeir məşhurlaşdı. Bu şeirdən qısa bir müddət sonra isə törətdiyim cinayətə görə məni səkkiz il müddətinə həbs etdilər. Bəzi dırnaqarası işbazlar da pul qazanmaq niyyəti ilə istifadə edib, mənim ölüm xəbərimi yaydılar ki, əfsanələşim. İndi-indi bilirlər ki, sağam. Amma yenə də məni ölmüş bilən xeyli adam var. Bir dəfə də dedilər ki, sən Ramiz Təkani deyilsən, onu öldürüblər, səsin oxşayır. Hazırda cəmiyyət arasında da çox olmuram, heç bir telekanala da dəvət almıram deyə, həmin şayiələr olduğu kimi qalır. Kimə də deyirəm ölümüm ayə deyil, şayiədi, inanmır.

- Bəs həbsə düşəndən sonra qazandığınız məşhurluğun indi olmamasına görə narahat deyilsiniz ki? Düşünmürsüz ki, kaş indi məşhur olardım?

- Tam səmimi deyirəm, yox. Çünki məndə məşhurluq xəstəliyi yoxdur. Elə olub ki, adımı soruşublar, deyiblər, tanış gəlirsiz, qəsdən Ramiz demişəm, Təkani deməmişəm ki, heç bilməsinlər. Mənim üçün əsas olan yazmaqdır, onu da yazıram. Nəfsim yox, qələmim itidir.

- Deyəsən, həbsdə bir yox, bir neçə dəfə olmusunuz.

- Bəli, üç dəfə həbs həyatı yaşamışam. Üst-üstə on beş il altı ay.

- Onlar da cinayətə görə olub?

- Bəli, adam bıçaqlamağa görə.

- Bir şairi bu qədər qəzəbləndirən səbəblər nə idi?

- Birinci dəfə əsgərlikdə olarkən ana söyüşünə görə bıçaqladım, dörd il həbs yatdım. İkinci cinayətim də eynilə söyüş üstündə olub. Bu dəfə də üç il altı aylıq həbsə yollandım. Üçüncü dəfə isə səkkiz il oldu. 2018-ci ildə azadlığa çıxmışam.

- Şairlər, adətən, mərhəmətli olurlar. Sizcə, bir şairin üç dəfə adam bıçaqlaması düzgündürmü?

- Bir Allah şahiddir ki, mən qarışqanı belə tapdalamamaq üçün yolda diqqətli olan adamam. Sadəcə, məcbur ediblər məni. Müqayisə etmək olmasın, Şah İsmayıl Xətainin bir əlində qələm olub, birində də qılınc. İbadət əhliyəm, o cümlədən, mərhəmətliyəm də. Amma elə şeylər var ki, onun üçün nəinki həbsxanaya, ölümə də getmək olar.

- Peşman deyilsiniz ki? Məsələn, həmin illəri azadlıqda olub, daha aktiv, daha yaxşı yazıb-yaratmaq olardı…

- Mən heç vaxt kor-koranə iş görmürəm, bu səbəbdən də peşman deyiləm. Ləyaqətimi qorumuşam. Mənə xoş olmayan budur ki, bu əməlin adını cinayət qoyurlar. Mən gördüyüm iş “cin ayəti” deyil!

- Deyirsiniz ki, birini bıçaqlamaq, xəsarət yetirmək, öldürməyə çalışmaq cinayət deyil? Bəs qanun?

- Siz kimsiniz ki, məni müstəntiq kimi sorğu sual edirsiniz? Nə istəyirsiniz məndən? Əl çəkin...

Tarix
2024.02.07 / 08:30
Müəllif
Orxan Saffari
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla