Yuxarı

“Apatiya”nın 18+ səhnəsi nəyə lazım idi? – Rejissor

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az aktyor, rejissor Hikmət Rəhimovla müsahibəni təqdim edir.

- Hikmət bəy, yeni filminiz olan “Apatiya” təqdim olundu və ilk gündən reaksiyalar gəldi. Cəmiyyətin filmə münasibəti sizi qane edirmi?

- Cəmiyyətin filmə münasibəti birmənalı deyil. Bu da normal və gözlənilən idi. Bəyənənlər də var, bəyənməyənlər də. Yaşadığım coğrafiya insanını az da olsa tanıdığıma görə, qətiyyən təəccüb etmirəm.

- Bəyənməyənlərin içində ictimai adamlar da var. Məsələn, Ulucay Akif dedi ki, istəməzdim Hikmət Rəhimov belə bir film çəksin.

- Ulucayı belə dəstək verdiyi üçün ancaq alqışlamaq lazımdır. Bu coğrafiyada iş görən adamlara həmişə daş atıblar. Daş atmaq, söz atmaq daha rahatdır, nəinki iş görmək.

- İradlardan biri də filmin büdcəsi ilə bağlıdır. Hər şeyin birotaqlı evdə çəkilməsi istəkdir, ya pulunuz ona çatdı? Məsələn, heç olmasa, rayondan gələn obrazları maşınla gələrkən göstərmək olmazdımı? Elə zəng etdilər, qapı döyüldü, girdilər birotaqlı evə …

- Filmin tək bir məkanda olması mənim istəyim idi. Dünyada da belə bir ənənə var. Adətən, rejissor 8-10 filmdən sonra bu cəhdi edir, mən ikinci filmdə etdim. Büdcə yaxşı olsaydı da, belə çəkəcəkdim.

- Bəs iki filmlə tələsmədiniz? Gözləyərdiniz 8-10 film olsun…

- Yox, tələsmədim, belə yaxşıdır, belə lazım idi.

- İradlardan biri də 18+ səhnələrlə bağlı idi…

- Bu cəmiyyətdə bu iradlar normaldır.

- Şəhla Əliyevanın rolunun bu qədər açıq-saçıq olmasına ehtiyac var idimi?

- Vacib idi, janr tələb edirdi. Təəssüf ki, Şəhla Əliyevanın o cür performansından ancaq masturbasiya səhnəsini müzakirə etdilər. Bu isə başadüşüləndir. Şəhla xanım çox cəsarətli və dəyərli sənətkardır. Onun sənətinə dəyər versələr, məncə, yaxşı olar.

- Nəyi başa düşüləndir? Günahkar yenə cəmiyyətdir?

- Bəli. Adamların seksual problemləri var.

- Filmin təqdimatında hiss olunan bir məsələ də Azər Aydəmirlə olan münasibətiniz idi. Aktyorlar səhnəyə dəvət olunanda siz çağırsanız da, Azər gəlmədi. Filmə görə nəsə incikliyinizmi var?

- Azər mənim üçün çox dəyərli və əziz həmkardır. Uzun zamandır onu görmürdüm, gördüyümə sevindim. Səhnəyə gəlib-gəlməmək isə xırda məsələdir. Ondan incimək mənim üçün cılız bir hərəkət olar. Filmin sabahı günü görüşüb, söhbət də etdik. Hər şey yaxşıdır, Azəri çox istəyirəm.

- Özünüzün rejissor kimi bəyəndiyiniz ən yaxşı aktyor işi hansıdır?

- Tural Baxış, Şəhla Əliyeva, Məhəmməd arasında qalmışam. Bu üçlük arasında fərq qoya bilmirəm. Bəlkə elə belə yaxşıdır, yox?

- Hikmət bəy, “Çılpaq” filminiz, yoxsa, “Apatiya”?

- Üçüncü çəkəcəyim film.

- Bəlkə təvəzökarlıqdan uzaq olaq?

- Üçüncü çəkəcəyim film…

- Hikmət bəy, sizi aktyor kimi çox sevib, rejissor kimi bəyənməyənlər deyir ki, gərək, ümumiyyətlə aktyor qalardı, heç film çəkməzdi.

- Mən bu cameədən maksimum dərəcədə uzağam və buna görə özümə təşəkkür edirəm. Heç bilmirəm ki, kim nə deyir, kim nə düşünür. Məncə, başımı aşağı salıb, işimlə məşğul olmalıyam. Danışan adamlar iş görən adamlar olmurlar. Çünki enerjiləri danışmağa gedir. Hər bir halda bizim xoş günümüzdə yanımızda olan dostlara, tanışlara, jurnalistlərə, ədəbiyyat cameəsinə, ziyalılara, bəyənən və bəyənməyə hər kəsə təşəkkür edirik. Yaxşı ki, varsınız, qalanı xatirədir.

Tarix
2024.02.14 / 08:15
Müəllif
Orxan Saffari
Digər xəbərlər

Türkiyənin HTŞ ilə birgə yeni hədəfi

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla